Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür 
Tarix: 08.11.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev tərəfindən 28 oktyabr 2006-cı il tarixdə imzalanan fərmana əsasən hər ilin noyabrın 8-i metropoliten işçiləri öz peşə bayramlarını qeyd edirlər. Bu gün Bakı metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və 8 noyabr - metropoliten işçilərinin peşə bayramı münasibətilə "Bakı Metropoliteni" QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Metropolitençilər Şəhidlər xiyabanında "20 Yanvar" tarixinin günahsız qurbanları və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad edərək, onların, o cümlədən "20 Yanvar" tarixinin metropolitençi şəhidi İlqar Qarayevin məzarları önünə güllər düzüblər.
Metropolitenin fəaliyyətə başlamasının ildönümü və peşə bayramı münasibətilə "Bakı Metropoliteni" QSC-nin iclas zalında təntənəli yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov dünən Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup metropolitençinin "Əməkdar mühəndis" fəxri adına və "Tərəqqi" medalına layiq görülməsini qeyd edərək sərəncamların mətnini oxuyub.
O, 2008-ci ildə metropolitenin inkişafına dair dövlət proqramının hazırlanması barədə, həmçinin 2011-ci ildə perspektiv inkişaf planını və müvafiq Dövlət Proqramını təsdiq edən sərəncamların imzalamasını xüsusi qeyd edərək, bunu yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə adlandırıb.
Sədr bildirib ki, 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin yaradılması ilə həm metro istismarının, həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsi bu iki mürəkkəb sahədə daha nizamlanmış, ardıcıl və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.
 
Dövlətin daimi qayğısı və diqqətinin hər bir metropolitençini daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdığını bildirən QSC sədri yarım əsrə yaxın bir müddət ərzində paytaxt sakinlərinə nümunəvi nəqliyyat xidməti göstərən metropolitençilərin bundan sonra da dövlətin yüksək etimadını doğruldaraq, əmək cəbhəsində buna layiqli cavab verəcəyinə, bacarıq və qüvvəsini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info