Məktəblilər Hüseyn Cavid irsini öyrənirlər
Tarix: 08.11.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhəri 243 nömrəli tam orta məktəbin şagirdləri üçün böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr edilmiş “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda “açıq dərs” təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “açıq dərsdə” muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının Cavid yaradıcılığı ilə bağlı mühazirəsi dinlənilib.
Mühazirəçi Cavidin “Ana”, “Şeyx Sənan”, “Xəyyam”, “İblis” və digər əsərləri barədə ətraflı məlumat verib, şairin ədəbi irsinin əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, böyük sənətkar Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub.
Muzeydə Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb.
Sonra məktəblilər muzeyin eksponatları ilə tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info