Cemal Şengel: “Bakı -Tbilisi-Qars dəmir yolu xəyal idi, real oldu“
Tarix: 08.11.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


“Millətimiz tarix boyu bu layihədə imzası olan şəxslərə minnətdar olacaq"


Şərqi Anadolu İxracatçılar Birliyinin (ŞAİB) İdarə heyətinin sədri Cemal Şengel "Dəmir İpək Yolu" adlandırılan və tarixi İpək Yolunu canlandırması gözlənilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bağlı "Dəmir İpək Yolu ən böyük xəyalımız idi, real oldu. Millətimiz tarix boyu bu layihədə imzası olan şəxslərə minnətdar olacaq"- deyib.
Şengel açıqlamasında bu günlərdə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bölgə və ölkə üçün çox əhəmiyyətli bir layihə olduğunu, xəttin yalnız Qars ilə məhdud qalmayıb, Şərqi Anadolu bölgəsinə də iqtisadi baxımdan böyük təsir edəcəyini söyləyib .
Dünya iqtisadiyyatında sürət və asan əldə etmənin ticarətin ən əhəmiyyətli ünsürləri halına gəldiyini ifadə edən Şengel bildirib ki, BTQ dəmir yolu xətti tarixin ən əhəmiyyətli layihələrindən biridir: “İpək Yolunun canlanması, o dövrdəki ticarətin eyni şəkildə həyata keçirilməsi deməkdir. Bu xətlə quru yolu vasitəsilə yükdaşımalardakı böyük xərclər ortadan qaldırılır. Eyni zamanda 2 ayda əldə etdiyimiz məhsulu 15 gündə bölgəmizdə əldə edəcəyik. Əvvəllər “böyük balıq kiçik balığı udar” deyərdilər, indi bu unuduldu. Artıq sürətli balıq yavaş balığı udur. Ticarətdə də vəziyyət eynidir, kim məhsulunu daha sürətli istehsal edib, son nöqtəyə sürətli şəkildə təqdim edə bilirsə o müvəffəqiyyətli olur”.
Şengel “Demir İpək Yolu” sayəsində hava və quru yollarında da yüklərin azalacağını söyləyib. Bu xətt sayəsində yol qəzalarının azalacağın, hava çirkliliyinin də qarşısının alınacağını deyən Şengel, layihədə iştirakı olan şəxslərə təşəkkür edib.

“Layihə ilə bahalı nəqliyyat problemimiz başa çatdı”

Şengel BTQ dəmir yolu layihəsinin bölgə üçün böyük bir investisiya və təşəbbüs olduğunu vurğulayıb: “Bu layihələr davam etdikcə ticarətimiz daha sıx, daha yaxşı və daha yüksək səviyyələrə gəlib çatacaq. Layihə sayəsində bahalı nəqliyyat problemimiz başa çatdı, iş bizə qalıb. Əvvəllər “xam maddəni necə gətirəcəyik, nəqliyyat problemimiz var” deyərdik, indi bunların hamısı qurtardı. Xaricdən məhsullar bu qatara yüklənib Qars və ya Ərzuruma gətiriləcək və orada xam maddə hazır vəziyyətə gətirilərək yaxınlıqdakı 5 ölkəyə- quru yolla 300 kilomerlik yolla ixrac edəcəyik. İran, Azərbaycan, Naxçıvan, Gürcüstan böyük potensiala malikdir, İraq, Suriya məncə okeandır. Yəni o okeanda nə satırsan sat, tələbatı ödəyə bilməzsən. İndidən bu tədbirləri almaq lazımdır”.

"Bölgədəki investorlar layihədən faydalanmalıdırlar”

Şengel, regiondakı investorların birgə iş quraraq bu böyük layihədən faydalanmasının lazım olduğunu vurğulayıb. O, ŞAİB-in Türkiyədə bütün sektorlardan ixracat həyata keçirə bildiyini deyib: Bizim tək problemimiz sənayenin az olması və istehsalın aşağı olmasıdır. ƏDV-si yüksək, texnoloji baxımdan Ar-Ge-li məhsullar istehsal etməmiz lazımdır ki, dünya ilə rəqabət apara bilək.”

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info