Yarımfabrikat alarkən nələrə diqqət etməliyik?
Tarix: 14.05.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Yarımfabrikatlar istehlak edilmədən öncə əlavə kulinar emala ehtiyacı olan qida məhsullarıdır. Asan və tez hazırlanaraq istehlakçıların vaxta qənaət etmələrinə imkan verən bu məhsullar artıq istehlak bazarında xüsusi paya malikdirlər. Məhz bu səbəbdən yarımfabrikatların istehlak xüsusiyyətləri, qablaşdırılması, saxlanması ilə bağlı istehlakçılara bir sıra məlumatların çatdırılması zəruridir.
Yarımfabrikatlar ət, balıq və meyvə-tərəvəz yarımfabrikatları olmaqla 3 əsas qrupa bölünür. Faktiki olaraq istehlak bazarında ən müxtəlif çeşiddə yarımfabrikatlar realizə olunmaqdadır və onların keyfiyyətinə əmin olmaq istehlakçılarda çətinlik yaradır.
Ona görə də bu məhsulları alarkən xoşagəlməz hallardan sığortalanmaq üçün birinci növbədə istehlakçılar diqqətli olmalı və mal haqqında zəruri məlumatlarla tanış olmalıdır. Belə ki, məhsulların etiketi üzərindəki mətn istehlakçıya məhsul haqqında zəruri və düzgün məlumat verərək onun doğru seçiminə şərait yaratmalıdır. Yarımfabrikatların üzərindəki etiketdə məhsulun adı və növü, istehsalçının adı, ünvanı və əmtəə nişanı, məhsulun tərkibi, xalis çəkisi, istehsal və qablaşdırma tarixi, saxlanma müddəti və şəraiti, 100 qramının enerji və qidalılıq dəyəri, qida əlavələri, aromatik əlavələr, bioloji aktiv qatışıqlar və digər inqrediyentlər, faydalılığı haqqında məlumat, məhsulun hazırlanma üsulu, sertifikatlaşması barədə məlumatlar, termik vəziyyəti (soyudulmuş, dondurulmuş) və məhsula dair normativ sənədlər tələb olunan digər məlumatlar olmalıdır. Eyni zamanda ticarət obyektində realizə olunan bu kimi mallar haqqında istehlakçıya onu maraqlandıran zəruri və düzgün məlumat verilməlidir. Satıcılar istehlakçıya mal seçmək və onun haqqında zəruri məlumatların əldə edilməsinə köməklik göstərməyə borcludurlar.
Yarımfabrikatların istehlakçılara keyfiyyətli şəkildə çatdırılmasında onun daşınması, qablaşdırılması, saxlanması və s. kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Qüvvədə olan standartların, texniki şərtlərin tələblərinə uyğun gəlməyən, habelə düzgün saxlanılmadığı üçün korlanan məhsulların satışına yol verilmir. Yarımfabrikat alarkən istehlakçılar məhsulun görünüşunə, qablaşdırılmasının vəziyyətinə, həmçinin orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə diqqət yetirməlidirlər.
Belə ki, yarımfabrikatların orqanoleptik, fiziki-kimyəvi xüsusiyyətləri onların keyfiyyətindən xəbər verən mühüm amillərdəndir. İstehlakçılar bilməlidir ki, yarımfabrikatların təkrar dondurulması yolverilməzdir. Eyni zamanda temperatur rejiminə əməl olunmaması nəticəsində məhsulların keyfiyyəti korlana və xarici görünüşü dəyişə bilər.
Temperaturdan asılı olaraq yarımfabrikatlar aşağıdakı saxlama müddətlərinə malikdirlər:
* Ət yarımfabrikatları: +2-6°C temperaturda 24 saat; -18°C temperaturda 3 ay;
*Balıq yarımfabrikatları: -2°C-dən +2°C-dək temperaturda 24 saat; -18°C temperaturda növündən asılı olaraq 10-30 gün;
*Dondurulmuş meyvə-tərəvəz yarımfabrikatları: -18°C-dən -35°C-dək temperaturda növündən asılı olaraq 6-12 ay saxlama müddətinə malikdirlər.
Qeyd olunmuş temperatur rejimlərinə əməl olunmaması, qısa müddət üçün belə olsa, məhsulların donunun açılaraq təkrar dondurulması onların keyfiyyətinin əhəmiyyətli dərəcədə korlanmasına, bioloji dəyərliliyinin aşağı düşməsinə səbəb olur. Bu səbəbdən, xüsusi saxlama şəraiti tələb edən dondurulmuş yarımfabrikatların aşağı temperaturlu soyuducularla təchiz edilmiş mağazalardan əldə edilməsi məsləhətdir.
Dondurulmuş yarımfabrikatları alarkən istehlakçılara məhsulların termik emalı üsuluna diqqət yetirmələri tövsiyyə edilir. Dondurulma “ənənəvi” və “şok” üsulları ilə aparılır.
Yarımfabrikatlar ənənəvi üsulla dondurulma zamanı 3 mərhələdən keçir. Birinci mərhələdə məhsul -5 °C-dək soyudulur, ikinci mərhələdə məhsulun tərkibindəki maye bərk hala keçir, nəhayət üçüncü mərhələdə məhsul 5°C-dən -18°C-dək temperaturda dondurulur.
“Şok” dondurulma üsulunda dondurulma -35°C temperaturda aparılır ki, bu da məhsulun tərkibindəki mayenin maksimum tez müddətdə bərk hala keçməsinə imkan verir. Bu üsulla dondurulma zamanı yarımfabrikatlarda buz kristalları ölçü etibarilə xeyli kiçik olur ki, bu da məhsulun zədəsiz qalmasına, toxumaların strukturunun, keyfiyyət və qidalılıq dəyərinin maksimum saxlanmasına imkan verir. Bununla yanaşı, tez dondurulma zamanı məhsulun tərkibindəki biokimyəvi proseslər və mikroorqanizmlərin inkişafı dayanır.
İstehlakçılara saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, keyfiyyətsiz məhsulları əldə etməkdən çəkinmələri, satışda belə məhsullarla qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmələri tövsiyə olunur.
Təqdim etdi:
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info