Gəncə şəhərində beynəlxalq layihənin açılış mərasimi keçirildi
Tarix: 14.05.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının (GMƏL) İctimaiyyətlə Əlaqələr şöbəsindən qəzetimizə verilən məlumata görə, Gəncə şəhərində 6 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, İtaliya və İspaniya) təmsilçiliyi ilə “Gəlin bir-birimizlə tanış olaq” adlı beynəlxalq layihə öz işinə başlayıb.
GMƏL-in təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti və Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında mədəniyyətlərarası əməkdaşlığın gücləndirilməsi, bu istiqamətdə fikir mübadiləsi təşkil etmək və gənclərin şəbəkəsini yaratmaqdır.
Layihənin Ramada Plaza-Gəncə mehmanxanasında baş tutan rəsmi açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Gəncə şəhər icra başçısının 1-ci müavini Mikayıl Zeynalov və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak ediblər.
Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev açılış mərasimində çıxış edərək tədbirin ölkəmiz və gənclərimiz üçün əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, təşkil edilən bu səpkidə beynəlxalq tədbirlər Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” olması şansını daha da artıracaq.
Qeyd edək ki, tədbir 18 may tarixində başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info