UNEC-də elmi konfrans: “Azərbaycan-Türkiyə diplomatik əlaqələri – 25”
Tarix: 09.11.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNEC-in birgə təşkilatçılğı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradov Ulu öndər Heydər Əliyevin türk dünyasını birləşdirmək istiqamətində gördüyü işlərə diqqət çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun məhs bu uzaqgörən siyasətin özəyini təşkil etdiyini bildirib. Rektor BTQ-nin hər iki qardaş ölkə arasında iqtisadi sərhədləri aradan qaldırdığını və iqtisadi coğrafiyanı genişləndirdiyini qeyd edib. Ölkələr arasındakı iqtisadi və təhsil sahəsindəki əlaqələrdən bəhs edən rektor, UNEC-in Azərbaycanda türk dilində təhsil verən yeganə universitet olduğunu bildirərək, əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. UNEC rektoru türk ölkələri iqtisadiyyatından bəhs edən vahid dərsliyin hazırlanmasının vacibliyini vurğulayıb. O, türk dünyasının tanınmış simalarının adına mükafat təsis edilməsini də təklif edib. Azərbaycan-Türkiyə diplomatik əlaqələrindən danışan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bu dostluğun tarixi köklərə, milli-mənəvi dəyərlərə sıx bağlı olduğunu bildirib. Səfir Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən də danışıb, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək dəyərləndirib. Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru, dosent Mesut Özcan ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb, tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyini vurğulayıb. Türkiyənin Ədalət və İnkişaf Partiyası Samsun millət vəkili, TBMM Xarici əlaqələr Komissiyasının üzvü Hasan Basri Kurt ötən illər ərzində “bir millət-iki dövlət” prinsipinin dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə etdiyini bildirib. Dostluq və qardaşlıq üzərində qurulan əlaqələrin bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Digər çıxışlarda hər iki ölkə başçısı tərəfindən uğurla inkişaf etdirilən dövlətlər arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərin xalqlarımızın rifahına, o cümlədən regionda sülh, sabitlik və tərəqqinin təmin olunmasına xidmət etdiyi bildirilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info