Erməni tələbələrin etirazına müəllimlər də qoşulub
Tarix: 09.11.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Ermənistanda hərbidən möhlət hüququ tələb edən tələbələr, deyəsən, iddialarından dönmək niyyətində deyillər. Onlar dünən-noyabrın 8-dən başlayaraq total şəkildə Ermənistanın Təhsil və Elm Nazirliyinin binasına doğru axın ediblər.
"Elmin inkişafı naminə" təşəbbüsünün üzvü olan David Petrosyan «News.am» saytının əməkdaşına verdiyi açıqlamada Təhsil və Elm Nazirliyinin qaldırdığı problemlə bağlı yekun cavab alacaqlarına ümid etdiyini bildirib. Petrosyan atacaqları növbəti addımın məhz bununla bağlı olacağını da gizlətməyib.
Maraqlıdır ki, etirazçı tələbələrin əllərində plakatlarla yanaşı, hava ilə doldurulmuş şarlar daha çox nəzərə çarpır. Hava ilə doldurulmuş şarların nə məqsəd daşıdığı barədə Petrosyana ünvanlanmış sualdan yayınan təşəbbüs üzvü, xüsusi tədbirlərin həyata keçirilməsində bunun onlara lazım olacaqlarını bildirib.
Bir daha xatırladaq ki, "Hərbi xidmət və hərbi qulluqçunun vəziyyəti haqqında" qanunda yer alan hərbidən möhlət hüququnun ləğvi ilə bağlı müddəa parlamentdə elə ilk oxunuşda qəbul olunub.
Bir daha xatırladaq ki, etirazçı tələbələr yeni qanun layihəsində yer alan hərbidən möhlət hüququnun ləğvi maddəsinin aradan qaldırılmasını tələb edirlər. Düşmən ölkədən gələn son məlumatlara görə, dünəndən başlayaraq etirazçı tələbələrin sıralarına İrəvan Dövlət Universitetinin müəllimləri də qoşulmağa başlayıblar. Universitetin Riyaziyyat fakültəsinin müəllimi Saqatelyan yerli jurnalistlərə verdiyi açıqlamada ordudan möhlət hüququnun ləğvinə qarşı çıxdığını bildirib. Onun sözlərinə görə, həzırkı şəraitdə tələbələri ordu sıralarına göndərməkdənsə, orduya polislərin göndərilməsi daha yaxşı olardı: «Baxın, bu gün ölkədə tələbədən çox polis var. Məncə, tələbələrin əvəzinə onları hərbi xidmətə cəlb etmək daha yaxşı olardı»-deyə erməni müəllim bildirib.
Bu arada Ermənistan Müdafiə Nazirliyindən etirazçı tələbələrin təşəbbüs qrupu üzvləri ilə görüşlə bağlı çağırış edilib. Ölkədə nəşr edilən «Aykakan jamanak» nəşrinin yaydığı məlumata görə, məsələnin dərinliyinə varan təşəbbüs qrupu üzvləri bu görüşdən imtina ediblər. Nəşrin məlumatına görə, təşəbbüs qrupu üzvü David Petrosyan qarşı tərəfdən gələn təklifə etirazını bir sıra səbəblərlə əsaslandırıb. Onun iddiasına görə, nazirlikdən təklif edilən görüşün, ilk olaraq, formatı o qədər də dəqiq, həm də aydın deyil:” Bundan başqa, görüşə qarşı tərəfdən kimlərin qatılacağından asılı olmayaraq, bizim tərəfdən dörd nəfərdən artıq təşəbbüs qrupu üzvünün qatılmaması tələbi bizi qane etmir.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info