AMEA Dil Komisiyasının növbəti iclası keçirilib
Tarix: 09.11.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Azərbaycan Milli Elmlər akademiyası Dil kommisiyasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyində etdiyi proqram xarakterli çıxışında dilimizin inkişafı ilə bağlı çağırışları istiqamətində görülən işlər barəsində məlumat verib. Akademik bildirib ki, ölkə başçısının çağırışlarına cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasında ardıcıl işlər həyata keçirilir.
AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan dilinin saflığının qorunması istiqamətində aparılmış tədqiqatlar haqqında elmi məruzə dinlənilib. Bundan başqa, Milli Elmlər Akademiyasında müstəqillik dövrünün Orfoqrafiya lüğətinin yaradılmasına dair AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə təşkilat komitəsi və işçi qrupu yaradılmışdır. Ana dilimizə sevgi yaratmaq, gənclərdə milli vətənpərvərlik ruhunun aşılamaq məqsədilə keçirilən “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi də bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdəndir.
Daha sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu müsabiqənin gedişi haqqında məlumat verib. O bildirib ki, kommissiyaya müsabiqədə iştuirak etmək üçün 140 ərizə daxili olub və onlardan 75 nəfəri müsabiqədə iştirak edib. İştirakçılar beş mərhələdən - inşa, ifadə yazısı, dialektlər, görkəmli şəxsiyyətlərüzrə yazı və bədii qiraət mərhələlərindən keçiblər. Kommisiya nəticədə I yerə 1 nəfər, II yerə 3 nəfər, III yerə 4 nəfər və ayrı-ayrı mərhələnin ən yaxşı iştirakçısına həvəsləndirici mükafat nəzərdə tutub.
Daha sonra professorlar Sayalı Sadıqova, Əlizadə Əsgərli, Qəzənfər Kazımov, İsmayıl Kazımov çıxış edərək müsabiqənin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Eyni zamanda, iclasda Orfoqrafiya lüğətinin hazırlanması qaydaları və prinsipləri ilə bağlı son vəziyyət müzakirə edilib.
Sonda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ana dilinin daha dainkişaf etdirilməsi naminə keçirilən “Ana dilimiz- milli varlığımızdır” müsabiqəsi əhəmiyyətli layihədir. Akademik layihənin gələn ildən etibarən hər il davamlı keçirilməsini və təkcə Bakıda deyil, regionlarda da təşkilinin zəruri olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info