Virciniya, Nyu-Cersi və Nyu-York ştatlarında keçirilən seçkilərdə demokratlar qalib gəlib
Tarix: 09.11.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Virciniya ştatının qubernatoru vəzifəsinə namizəd Ralf Nortam qubernator seçkilərində respublikaçı namizəd Ed Gillespi üzərində inamlı qələbə qazanaraq, Prezident Donald Trampa siyasi zərbə endirib. Gillespi 45 faiz, Nortam isə 53 faiz səs toplayıb. Virciniya ştatının nümayəndələr palatasında da çoxluq qazanmış demokratlar vitse-qubernator və baş prokuror vəzifələrinə də sahib olacaqlar. Beləliklə, Prezident Trampın Gillespiyə göstərdiyi siyasi dəstək uğurla nəticələnməyib. Nortam tərəfdarları qarşısında çıxış edərək deyib ki, demokratların Virciniyada inamlı qələbəsi Amerika xalqına özünəməxsus bir ismarıcdır. Nortam bildirib: “Virciniya bizə səs verməklə parçalanmaya son qoyulmasına, nifrət və fanatizmlə barışmamağa, həmçinin bu ölkəni dağıdan siyasətə son qoyulmasına səs verdi”. Virciniya ilə yanaşı, demokratlar, həmçinin Nyu-Cersidə keçirilən qubernator seçkilərində də qalib gəliblər. Bu ştatda respublikaçı Kim Quadanyonu geridə qoymuş ABŞ-ın Almaniyadakı keçmiş səfiri demokrat Fil Merfi populyarlığını itirmiş respublikaçı qubernator Kris Kristinin yerini tutacaq. Nyu-York meri Bill de Blazio Respublikaçılar Partiyasının namizədi Nikol Malliotakisə asanlıqla qalib gəlib. De Blazio səslərin əksəriyyətini – 66 faizini toplayaraq, 27 faiz səs yığmış Malliotakisi üstələyib. Seçkilərdə demokratların qələbəsi hər iki partiyanın 2018-ci ilin payızında ABŞ Konqresinə aralıq seçkilərə hazırlığının başlanğıcıdır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info