Azərbaycan İndoneziyada iki zavod tikməyi planlaşdırır
Tarix: 14.05.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Azərbaycan İndoneziyanın Batam adasında neft emalı, Kalimantan adasında isə alüminium zavodları tikməyi planlaşdırır. “Jakarta Post”un məlumatına görə, bu barədə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bildirib.
Onun sözlərinə görə, ARDNŞ İndoneziyanın “OSO Group” şirkəti ilə neft emalı zavodunun tikintisi ilə bağlı danışıqlar aparır: “Son qərar hələ qəbul olunmayıb. Layihənin dəyəri 4,8 milyard dollara bərabərdir. Əgər layihəyə start verilsə, zavodun tikintisi 2017-ci ildə tamamlanacaq. Zavodda gündə 600 min barel neft emal edilməsi planlaşdırılır. Bütövlükdə isə Azərbaycan ildə İndoneziyaya ümumi dəyəri 2 milyard dollara bərabər xam neft ixrac edir. Eyni zamanda Azərbaycan İndoneziyada alüminium və gübrə istehsalı zavodu tikmək niyyətindədir”. Azərbaycanı İndoneziyanın ən iri neft təminatçısı adlandıran T.Qarayev əlavə edib ki, iki ölkə arasında əlaqələr inkişaf edir: “Ötən il bir sıra yüksək səviyyədə səfərlər keçirilib. Biz hazırda 14 ikitərəfli sazişin imzalanması üzrə danışıqlar aparırıq. Azərbaycan Prezidentinin gələn il İndoneziyaya səfəri zamanı sazişlərin imzalanması planlaşdırılır”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info