Spirtli içki xəbərdarlıq etiketləri nə işə yarayır?
Tarix: 10.11.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Bir şüşə şərab yaxud pivə vərdişlərinizi dəyişə bilərmi?


Prof. Adam Winstock, Dr. Jason Ferris və Dr. Emma Davies 
Tərcümə edən Aysel Sultan 
Spirtli içki sənayesi narkotik istehsal edir. Məşhur narkotikdir və qanunidir. Bəzilərimiz hətta bu narkotiki çox sevirik. Amma adına spirtli içki – alkoqol – dediyimiz bu narkotikin cəmiyyətdə qəbul edilməsinə baxmayaraq, dünyada çoxsaylı ölüm və əlillik hadisələrinə də səbəb olan maddədir.

2012-ci ildə ölüm hadisələrinin 5.9%-i spirtli içkidən istifadəyə görə baş vermişdir. Hətta tükətimi ABŞ-da yüksək olmadığı halda belə, yol qəza hadisələrinin üçdə biri spirtli içkidən istifadənin payına düşür. Bundan əlavə, dünyada zorakılıq hallarının 50%-i və ildə yarım milyon cinayət işləri məhz spirtli içkidən sui-istifadə nəticəsində baş verir. 

Baxmayaraq ki, spirtli içkinin ciyər xəstəliklərinə səbəb olması faktını demək olar ki, hər kəs bilir, digər sağlamlıq zərərləri haqqında cəmiyyətin məlumatlılığı narahat edəcək dərəcədə aşağı səviyyədədir. Xərçəng Xəstəlikləri üzrə Beynəlxalq Tədqiqat Mərkəzi, spirtli içkini xərçəngə səbəb olan 1-ci faktor adlandırır. Buna baxmayaraq, cəmi 12.9% insan bu sağlamlıq təhlükəsindən xəbərdardır. 

Trump prezidentliyi altında ABŞ-ın bugünki siyasətində sağlamlıq apsketləri ön planda olmasa da, 20 ildən çoxdur ki, bu ölkədə spirtli içkinin ziyanları güclü xəbərdarlıqlarla təbliğ edilir. Bu yanaşmada ABŞ tək deyil. Boliviya, Kolumbiya, Peru, Çin, İsrail, və İsveç də bənzər məlumatlandırma kampaniyalarında uğurlu olublar. Türkiyədə isə “Spirtli İçki Sənin Dostun Deyil” adlı kampaniya keçirilib. 

Avropa spirtli içki istifadəsinə görə dünyada ən yüksək göstəricilərə sahibdir. Buna baxmayaraq, spirtli içkilərin üzərində sağlamlığa dair xəbərdarlıq etiketlərinin olması barədə heç bir Avropa Birliyi qanunu mövcud deyildir. Bir sıra fərdi ölkələr, Birləşmiş Krallıq və Avstraliya daxil, bu istiqamətdə müsbət addımlar atıb, lakin, istehsalçılar üçün könüllü kodeks əsas yanaşma olaraq qalır. 

Könüllü kodeksin üstünlükləri ondan ibarətdir ki, son illərdə bir sıra çox effektiv mesajlar yayılmağa başlamışdır. Bunların sırasına, “Məsuliyyətlə Zövq Alın”, “Məsuliyyətlə İçin” və “Limitlərinizi Tanıyın” adlı etiketlər daxildir. Bu cür pozitiv mesajlar insanları qorxutmaq əvəzinə, şüurlu və məlumatlı seçim etməyə dəvət edir. Bu yanaşmaya prohealth – yəni, sağlamlığa dəstək – yanaşması deyilir və həm istehsalçılara, həm də ictimaiyyətə xidmət edir. 

Spirtli içki sənayesi güclüdür. İçki şüşələrinin üstündə iri, yağlı hərflərlə yazılmış sağlamlıq xəbərdarlıqları sənaye üçün yaxşı olmaya bilər, amma, sizin sağlamlığınız üçün yaxşıdır! 

Bütün digər narkotik vasitə istifadəçiləri kimi, spirtli içki istifadəçiləri də sağlamlıq xəbərdarlıqları almalıdır və gözə aldıqları risklər haqqında məlumatlandırılmalıdırlar. Müsbət mesajlı xəbərdarlıqlar spirtli içki istifadəçilərinə öz sağlamlıqları haqqında bilikli qərarlar verdiklərinə görə, onlarda özgüvən və özünü idarəetmə hissi yarada edə bilər. 

Necə ki, tütün siqaret qutularının üzərində xəbərdarlıq etiketlərinin olması tütünün istifadə miqdarını azaltmağa nail olmuşdur, eləcə də spirtli içkilərin üzərində də həmin etiketlərin olması məqsədəuyğundur və sağlamlıq riskləri haqqında savadlılıq səviyyəsini artıra bilər. 

Bütün yuxarıda yazılanlara baxmayaraq, Global Drug Survey (Narkotiklərə dair Qlobal Sorğu) qəbul edir ki, bu cür etiketlər nə qədər maraqlı dizayn edilsə də, heç bir effekt verməyə də bilər. Əksərən, spirtli içkidən mütəmadi istifadə edən şəxslər digər insanlardan fərqli olaraq, öz içki vərdişlərinə daha optimist yanaşırlar. Hətta, öz sağlamlıq risklərini ortalamadan daha az hesab edirlər. Buna görə də, biz fərdiyyətə uyğun müxtəlif sağlamlıq mesajlarının yaradılması ilə məşğuluq və ümid edirik ki, fərqli mesajların fərqli insan qruplarına təsiri daha effektiv ola bilər. 

Bu il, Global Drug Survey 2018 bu cür etiketlərdən 7 növünü seçərək, araşdırmağa başlayıb. Biz illik keçirilən sorğumuz vasitəsilə, insanların sağlamlıqla bağlı xəbərdarlıq etiketlərinə olan münasibəti haqqında soruşacağıq: etiketlər sizə tanışdırmı, onlara inanırsınızmı və əgər inanırsınızsa, spirtli içkidən istifadəyə bu inancın təsiri varmı? 

Spirtli içki adi bir fenomen deyil. Spirtli içki ürək xəstəlikləri, xərçəng, fiziki və mənəvi zorakılıq və sosial zərərlərə səbəb olan təhlükədir. Artıq vaxtdır ki, spirtli içkilərə daha ciddi münasibət bəsləyək! 

Bizə bu istiqamətdə kömək edin və aşağıdakı keçidə klikləyərək, sorğumuzda iştirak edin ki, öz töhvənizi verə biləsiniz. 

surveys.globaldrugsurvey.com

Prof. Adam Winstock, Dr. Jason Ferris və Dr. Emma Davies 
Tərcümə edən Aysel Sultan 




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info