“Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri“ beynəlxalq konfransı keçirilib
Tarix: 10.11.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Çiydəm Tənkər Göksal, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu direktorunun icraçı müavini Kazbek İsayev və Qırğızıstan Respublikasının Strateji Araşdırmalar İnstitutunun direktor müavini Nuradil Baydoletov çıxış ediblər.
Moderatoru Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın olduğu “Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar” mövzusundakı paneldə Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Kürşad Melih Sarıaslan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun katibi Sevinc Dadaşzadə, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Elmi işçi Mahir Hümbətov, Türkiyənin Beykənt Universitetinin müəllimi Kazım Sarı, Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev və Türk Şurasının nümayəndəsi Pelin Musabəy Baki çıxış ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info