Avropa Gənclər Fondu Azərbaycan gənclərinin 150-yə yaxın layihəsini dəstəkləyib
Tarix: 14.05.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


“Avropa Şurasının Avropa Gənclər Fondu və Fondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, seminarın məqsədi Azərbaycanın gənclər təşkilatlarının Avropa miqyasında daha fəal iştirakını təmin edəcək prosesə qatılmasına istiqamət verməsi ilə bağlıdır. İ. Babayev seminarın maarifləndirici olduğunu da diqqətə çatdırıb. O, qeyd edib ki, Avropa Gənclər Fondu bu günə qədər təxminən 150-yə yaxın Azərbaycan gənclər təşkilatının təqdim etdiyi layihəni dəstəkləyib. İndiyə qədər Avropa Gənclər Fondunun layihələrindən 300 minə yaxın azərbaycanlı gənc bəhrələnib. Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələləri üzrə idarəsinin rəisi Marat Kəngərlinski Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini xatırladaraq, gənclərin də bu prosesə öz töhfələrini veriləsinin əhəmiyyətini vurğulayıb: “Avropa təşkilatları ilə əlaqələrin inkişafında onlara böyük ümidlər bəslənilir. İnanıram ki, Azərbaycan gənclər təşkilatları bundan sonra da beynəlxalq qurumların layihələrində aktiv iştirak edəcəklər”. Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Avropa gənclər təşkilatları haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanın gənclər təşkilatları beynəlxalq qurumlarda zəif təmsil olunur. O, bu sahədə ölkənin digər gənclər qurumlarına lazımi dəstək verməyə hazır olduqlarını da söyləyib. Seminarda Avropa Gənclər Fonduna müraciət qaydaları, fondun maliyyə dəstəyi göstərilən fəaliyyət istiqamətləri, qrant növləri, meyarlar və qurumun yeni prioritetləri haqqında məlumat xarakterli çıxışlar da olub. Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan “Könüllü könüllülük” adlı kitabçanın da təqdimatı keçirilib.
Söhrab




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info