İraqda qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Vətənə göndəriləcək
Tarix: 10.11.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“İraqda kimsəsizlər evində qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Azərbaycana göndəriləcək”. 
Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.
 
R. Qafarov bildirib ki, hazırda sənədləşmə işləri aparılır.
 
Onun sözlərinə görə, uşaqların Azərbaycanda qohumlarının olub-olmadıqlarına dair hələ məlumat yoxdur: “Həmin uşaqlarla görüşmüşük. Yaxın günlərdə onları ölkəmizə göndərəcəyik”.
 
İraqda “İŞİD”lə əlaqədə ittiham olunan 200 azərbaycanlı qadının həbs edilməsi xəbərlərinə gəldikdə isə R. Qafarov qeyd edib ki, İraqdakı nümayəndəliyimiz Xarici İşlər Nazirliyi və İraqın yerli qurumları ilə bu məsələyə dair birgə işləyir və məsələnin müsbət həlli üçün çalışır.
 
Diplomat qeyd edib ki, qadınlar üçün vəkil tutulacaq: “Onların həbsdə qalmaması və azad olunaraq Azərbaycana göndərilməsi üçün çalışacağıq. Hazırda bu işlə məşğuluq, araşdırma gedir. Təbii ki, başqa ölkənin qanunlarını pozan hər bir əcnəbi vətəndaş qanun çərçivəsində cəzasını çəkməlidir, ancaq qadın olduqları üçün İraqın yerli qurumları ilə işləyirik və köməklik göstərməyə çalışırıq”.
 
Qeyd edək ki, iraqlı deputat Vian Dahil şəxsi “Twitter” səhifəsində hərbçilərin “İŞİD”lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib. Deputatın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. V. Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb. 
 
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlamada qeyd edilib ki, bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi təmasdadır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info