Subay gənclərə də sosial ipoteka krediti veriləcək
Tarix: 14.05.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


“Gənclər və İdman Nazirliyi İpoteka Fondu ilə birgə bundan əvvəl hazırlanan sosial ipoteka sənədinə yenidən baxır”. Bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. O, bildirib ki, Prezidentin Nazirlər Kabinetinin məlum iclasında gənclərin ipoteka ilə təminatının sadələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə müvafiq olaraq sənəddə təkmilləşdirmə işləri aparılacaq: “Sosial ipotekaya ayrılan vəsaitin miqdarının təsiredici şəkildə artırılması nəzərdə tutulur”.
İ.Babayevin sözlərinə görə, yenidən hazırlanan sənəddə sosial ipotekanın alınma qaydalarında müəyyən təkmilləşdirilmə və sadələşdirilmənin tətbiq olunması planlaşdırılır: “Yeni təkliflər paketində gənc ailələrlə yanaşı, subay gənclərin də sadələşdirilmiş şəkildə mənzillə təminatı diqqətə alınıb. Sosial ipotekanın verilməsi ilə bağlı dəyişikliklərdə isə məbləğin daha da artırılması müzakirə mövzusudur”. O, bildirib ki, sənədin təkmilləşdirilməsi işi ilə İpoteka Fondu məşğul olsa da, Gənclər və İdman Nazirliyi bu prosesin sosial tərəfi ilə məşğuldur: “Bizim verdiyimiz təkliflər içərisində bir sıra yeniliklər var ki, bunlar da gənclərin mənzil probleminin həllinə kömək edəcək. Məsələn, indiyə qədər güzəştli ipoteka yalnız gənc ailələrə şamil olunurdusa, yeni təklifdə bu prosesin gənclərə də şamil olunması qeyd olunub. Məqsədimiz odur ki, 29 yaşa qədər olan gənclərimiz, hətta subay olsalar belə, ipotekadan istifadə edə bilsinlər. Eyni zamanda kateqoriyaların artırılması da təkliflər arasındadır. Bu günə qədər verilmə prosesində beş kateqoriya nəzərdə tutulurdusa, yeni təkliflər paketində müxtəlif beynəlxalq olimpiadalarda, elmi müsabiqələrdə qalib gəlmiş, ölkədaxili və xarici tədbirlərdə fərqlənən gənclərimizə də sosial ipoteka şamil oluna bilər. Hazırda gənc alimlərə də ipotekanın verilməsi müddəası var. Lakin istəyirik ki, elmi müəssisələrin əməkdaşlarına da sosial ipoteka tətbiq edilsin”. İ.Babayev bildirib ki, yaxın aylar ərzində yeni sənədlərin qəbulu gözlənilir.
Söhrab




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info