Bakı məktəblisi Fidan Dərgahlı BMT sammitində
Tarix: 10.11.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Almaniyanın Bonn şəhərində BMT-nin Ədalətli İqlim Konfransı çərçivəsində on üçüncü Gənclər Sammiti keçirilib.
Tədbirdə dünyanın 114 ölkəsindən 1500-dən artıq gənc iştirak edib. Azərbaycanı sammitdə təmsil edən Bakı Atatürk liseyinin onuncu sinif şagirdi Fidan Dərgahlı ölkəmizdə ətraf mühitin qorunması istiqamətində görülən işlər, məktəblərdə mütəmadi keçirilən ekoloji maarifləndirmə tədbirləri barədə məlumat verib. Ölkəmizin ekologiya sahəsində aparıcı təşkilatı olan IDEA İctimai Birliyinin fəaliyyətinə toxunan məktəbli vurğulayıb ki, bu qurum meşəlik ərazilərin genişləndirilməsi məqsədilə mütəmadi ağacəkmə aksiyaları keçirir. Son illər iqlim dəyişikliyi və qlobal istiləşmənin ciddi ekoloji təhlükəyə çevrilməsi fonunda yaşından asılı olmayaraq hər bir şəxs ətraf mühitin mühafizəsinə töhfəsini verməlidir. Ekoloji maarifləndirmənin daha çox diqqətdə saxlanılması vacibdir.
Sammit çərçivəsində görüş iştirakçılarına IDEA İctimai Birliyinin beşillik fəaliyyətini əks etdirən hesabat və ətraf mühit sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə müxtəlif məzmunlu materiallar paylanılıb.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info