BANM-in tələbələri Türkiyə şirkətlərində təcrübə keçiblər
Tarix: 10.11.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) 20 tələbəsi iki ay ərzində Türkiyədə istehsalat təcrübəsində olublar. Gənclər SOCAR-ın İstanbuldakı baş ofisində, İzmirdə “Petkim Petrokimya Holdinq” şirkətində və “Star” neft emalı zavodunda təcrübə keçiblər.
BANM-dən bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov təcrübə proqramından qayıdan tələbələrlə görüşüb, onların qazandıqları praktik biliklərlə bağlı məruzələrini dinləyib.
Proqramda iştirak etmiş fəal tələbələrdən Səidə Ələsgərova və Ləman Sadıqlı hazırladıqları təqdimatla təcrübənin ümumi gedişatı barədə məlumat veriblər. Təcrübə proqramında Türkiyənin bir sıra universitetlərindən olan tələbələr də iştirak ediblər. Proqramın ilk iki həftəsində tələbələr həm “Petkim”, həm də “Star”da təhlükəsizlik təlimləri keçiblər. Sonrakı həftədə isə onlar “Xarizmatik liderin yeddi xüsusiyyəti”, “Layihələrin idarəolunması”, “Zamanın idarəolunması” kimi təlimlərdə iştirak ediblər. Proqramın ikinci mərhələsində isə tələbələr sahələr üzrə bölünərək 10 zavod və üç laboratoriyada olublar.
Tələbələr təcrübə proqramı zamanı yeni layihələr üzərində çalışıb, sahə üzrə müxtəlif dizaynlar verib və tətbiq ediblər. Onlar Türkiyədə olduqları müddətdə BANM-i digər universitetlərdən fərqləndirən çoxlu üstün cəhətlərin olduğunu müşahidə etdiklərini söyləyiblər. Qeyd edilib ki, BANM-də hazırlanan gənc mütəxəssislər ekstremal şəraitdə işə uyğunlaşmaqda, yenilikləri mənimsəməkdə və problemləri həll etməkdə daha rəqabətədavamlıdırlar. Tələbələr bunun üçün BANM-in rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda E.Qasımov tələbələri təcrübə proqramında qazandıqları uğurlara görə təbrik edib. Rektor tələbələrin həmin proqramda fəallığı və bilik göstəriciləri ilə bağlı SOCAR, “Petkim” və “Star” şirkətlərin rəhbərliklərindən onun ünvanına gələn müsbət fikirlərə görə bütün iştirakçılara təşəkkürünü bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info