“Azərbaycanda 2018-ci ildən bütün rəsmi din xadimlərinə dövlət tərəfindən məvacib ödəniləcək“.
Tarix: 10.11.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfransda bildirib.
 
O qeyd edib ki, qeydiyyatdan keçən dini kolleclər mərhələli şəkildə fəaliyyətə başlayacaq və təhsil pulsuz olacaq: “Bakı İslam Universitetində də təhsil mərhələli şəkildə pulsuz olmalıdır. Hazırda bu istiqamətdə işlər görülür. Əgər bu gün  Bakı İslam Universiteti ödənişlidirsə, bunun günahı universitetdə deyil. Bu məsələni həll etmək yalnız komitənin, Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universitetinin səlahiyyətində deyil. Əgər biz dini təhsilin ideoloji, ictimai təhlükəsizlik üçün əsas olduğunu deyiriksə, dini təhsilə bağlı vəziyyət mütləq dəyişilməlidir.  Azərbaycan dini təhsilin ödənişli olduğu nadir ölkələrdən biridir. Dini təhsil ödənişli olmamalıdır.  Dövlət bu sahəni prioritet hesab edirsə, dini təhsilin ödənişli olması aradan qaldırılmalı, dini təhsilin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir".
 
G.Ismayılov bildirib ki , dini təhsil alan şəxslər təyinat almalıdırlar. Din xadimi təyin edildikdən sonra din xadimi kimi fəaliyyət göstərən şəxs məvacib almalıdır: "Biz bunlara nail olduqdan sonra ölkədə dini təhsilin səviyyəsini qaldıra bilərik. Biz bunları etməsək, Bakı Dövlət  Universitetinin ilahiyyat fakültəsinə, Bakı İslam Universitetinə gələn əksər tələbələrin intellektual səviyyəsi bizi qane etməyəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info