Azərbaycanlı və gürcü tələbələrin birgə konserti
Tarix: 14.05.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetindən gəlmiş, tələbə mübadiləsi yolu ilə ali təhsillərini bir semestr boyunca burada davam etdirmiş gürcü tələbələrin konserti olub.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə universitetlərarası əlaqələrin inkişafından danışaraq bildirib ki, 2012-ci ildə Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumətinin sədri Levan Varşalomidzenin rəhbərliyi ilə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib, səfər zamanı Ali Məclisin sədri Vasif Talıbovun iştirakı ilə Naxçıvan Dövlət Universitetində də görüş keçirilib, universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. Qeyd olunub ki, Boloniya sisteminin prinsiplərinə uyğun olaraq tələbə mobilliyini artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın başqa ali məktəblərində təhsil almalarını, digər universitetlərin tələbələrinin buraya cəlb olunmasını təmin etmək istiqamətində universitetdə əhəmiyyətli addımlar atılıb. Universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Fransız dili müəlllimliyi, İngilis dili müəllimliyi, Alman dili müəllimliyi ixtisasları üzrə 4 nəfər bakalavr isə 2012-2013-cü tədris ilinin I semestri ərzində təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində, həmin universitetin 4 nəfər tələbəsi isə 2012-2013-cü ilin II semestri ərzində təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdiriblər. Seyid Surə çıxışında universitetlərarası tərəfdaşlığın prioritet istiqamətlərindən də bəhs edib. Sonra konsert proqramı təqdim olunub. Universitetin azərbaycanlı tələbələrinin də iştirak etdiyi konsertdə Azərbaycan-Gürcüstan mədəniyyətini əks etdirən musiqi nömrələri, mahnı və rəqslər, həmçinin poeziya nümunələri səsləndirilib. Konsertin sonunda universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev gürcü tələbələrə bundan sonrakı fəaliyyətlərində, dostluq əlaqələrinin davam etdirilməsində uğurlar arzulayıb. Gürcü tələbələr adından Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kursda təhsil alan Nona Nikabadze çıxış edərək universitetdə təhsil aldıqları müddətdə onlara göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə universitet rəhbərliyinə və kollektivə minnətdarlıq edib. Dosent Seyid Surə təhsildə, elmi-ictimai mühitdə fərqlənən gürcü tələbələri universitetin fəxri fərmanı ilə təltif edib.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info