“Armenianreport.com”: ”Hər növbəti ayda Ermənistan iqtisadiyyatında azalma baş verəcək”
Tarix: 10.11.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Tənəzzül edən İrəvan, soyuqdan donan deputat, məhv edilən pomidorlar...

Hələ bir müddət bundan əvvəl «Çiçəklənən Ermənistan» partiyasının sədri Naira Zoqrabyan «ölkədə inkişafın qeydə alındığı bir sahənin belə, adını çəkmək çətindir» etirafını etmişdi. Maraqlıdır ki, erməni xanım siyasi həmkarları kimi, inkişaf üçün hansısa bir nikbin ipucunun olmadığını da təsdiqləmək məcburiyyətində qalmışdı. Təbii ki, Zoqrabyanın bu fikirlə nəyisə kəşf etdiyini söyləmək gülünc görünərdi. Çünki, «görünən dağa nə bələdçi». Maraqlısı isə budur ki, ciddi problemlər məngənəsində boğulmasına baxmayaraq Ermənistan rəhbərliyi yenə iddialıdır. “Armenianreport.com” yazır ki, iddianın əksinə olaraq Ermənistan dövlət kimi çökməkdədir: «Hər bir gələn ayda ölkədə iqtisadi azalma baş verəcək. Tənəzzül ölkənin bir sıra aparıcı sahələrində daha çox müşahidə ediləcək. Məsələn, başa çatmaqda olan 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarətdəki göstərici 26 faiz təşkil edirdisə, avqust ayında bu 24,4faiz, sentyabrda isə 23,2 faiz təşkil edib. Daha bir önəm kəsb edən azalma ölkə iqtisadiyyatının ixrac və idxalında daha qabarıq şəkildə müşahidə edilməkdədir. Müqayisə üçün bildirək ki, əgər bu ilin ilk yeddi ayı ərzində idxalın artımı 28,5 faiz təşkil etmişdisə, səkkiz ay ərzində 26, sentyabr ayında isə 23,2 faiz təşkil edib. Bu aylar ərzində Ermənistanın ixrac artımı 21,6 faizdən 19,1 faizə düşüb. Ümumiyyətlə, xarici ticarət dövriyyəsinin artımı təxminən 3 faizdən də çox azalıb. Ölkə iqtisadiyyatındakı tənəzzül kənd təsərrüfatından da yan keçməyib. Belə ki, bu sahə üzrə bizim oktyabr ayına qədərki göstəricimiz ikiqat rəqəmli tənəzzüllə hesablanır. Bu tənəzzülü ölkəldəki inşaat sahəsinə də şamil etmək olar.” Bütün bunlar barədə məlumat verən «Armenianreport.com» saytı bu iki sektoru Ermənistan iqtisadiyyatının real sektorunun əsas hissəsi kimi dəyərləndirir. Lakin nə hacət ki, bu sektorlarda yaxın illərdə hər hansı bir tərəqqiyə nail ounacağına ümidlər azdır.
Bu arada İrəvan bələdiyyəsi də gələn 2018-ci il üçün ona ayrılan büdcəni açıqlayıb. Şəhərin meri Taron Marqaryanın sözlərinə görə, gələn il şəhərin gəlir və xərcləri 4 milyard dram azalacaq. Bu barədə isə Ermənistanın «Joxovurd» nəşri məlumat yayıb. «Başqa sözlə, qarşıdakı il Ermənistanın paytaxtı üçün tənəzzül ili olacaq.” Bu, Taron Marqaryanın etirafıdır.
Başqa bir nüans isə erməni parlamentinin çox soyuq olmasıdır. Qışın gəlməsinə baxmayaraq hələ də erməni deputatlar soyuq parlament zalında iclas keçirmək məcburiyyətində qalıblar. Məsələ burasındadır ki, parlament binası hələ də mərkəzi istilik sisteminə daxil edilməyib. Belə olan halda vay kasıb ermənilərin halına…
Belə bir deyim var: «Arvad döyən kişini it də tutar». Elə bil bu kəlam lap ermənilər üçün deyilib. Belə ki, Avrasiya İqtisadi Birliyi fonunda Rusiyadan böyük ümidlər diləyən Ermənistana növbəti zərbəni elə Rusiyanın özü vurub. Rostov vilayətində Ermənistandan aparılan 21 tondan artıq pomidor keyfiyyətsiz qida məhsulu kimi məhv edilib. Bu barədə «Novosti Armeniya» saytı məlumat yayıb. Rostov Federal Təftiş Xidməti mütəxəssisləri tərəfindən aparılan ekspert qiymətləndirmələrinin nəticələrinə görə, Ermənistandan gətirilən təzə pomidorlarda karantin zərərvericiləri aşkar edilib. Məhz buna görə də zərərli məhsulların məhv edilməsinə qərar verilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info