Səfir: “İtalyan şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır”
Tarix: 10.11.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən-günə artır. Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan ölkəmizə isə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir. Hazırda İtaliya iqtisadiyyatının ÜDM-nın 80-85%-i kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Odur ki, iki ölkənin özəl sektoru arasında təcrübə mübadiləsinin aparılmasına, məlumat mübadiləsinin artırılmasına, daha geniş müstəvidə birgə əməkdaşlığa ehtiyac var. Gələcəkdə iki ölkə arasında qeyri-neft sektorunun müxtəlif sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Yaxın müddətdə Azərbaycan və İtaliya iş adamları birgə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində layihələr icra edərsə bu ölkəmizdə özəl sektorun inkişafına müsbət təsir göstərər. İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə bu və digər məsələlər müzakirə olunub.
Görüş zamanı iş adamları arasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, hər iki ölkədə sahibkarların iştirakı ilə biznes-forumların keçirilməsi də məqsədəuyğun hesab edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Məmməd Musayev Azərbaycan –İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açıb. O, iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından bu qarşılıqlı səfərlərin önəmli olduğunu xüsusi vurğulayıb. ASK-nın prezidenti qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühit yaradılıb və həm yerli, həm də xarici investorlar tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə əsaslı investisiya qoyuluşu həyata keçirilib. İtaliya şirkətləri də Azərbaycana investisiya qoyaraq bazarda rəqabətqabliyyətli və uğurlu biznes layihələr icra edə bilərlər.
Ölkələrimiz arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən Səfir A.Massari Azərbaycanda investisiya yatırmaqda maraqlı olan İtalyan şirkətlərinin olduğunu qeyd edib. O, İtaliya-Azərbaycan Ticarət Palatasının fəaliyyətindən səmərəli istifadə olunmasını da məqsədəuyğun hesab edib. İtaliyada güclü inkişaf etmiş sənayenin olduğunu qeyd edən diplomat, italyan iş adamlarının Azərbaycanda, məsələn, polad istehsalında iştiraka maraqlı olduqlarını bildirib.
Səfir A.Massari görüş zamanı qeyd edib ki, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar var.
Səfir ölkəmizdəki diplomatik fəaliyyəti müddətində iki ölkə arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dilə gətirib. Bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə səfirliyin əlaqələrinin daha da sıxlaşdırılmasını məqsədəuyğun hesab edib.
Görüşdə qeyri-neft sektorunun müxtəlif sahələrində sərmayə qoyuluşu və əməkdaşlıqla bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info