“İrəli” “Azərbaycanın İntellektual Birİncisi”-nin regional turnirlərinə başladı
Tarix: 10.11.2017 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.
28.10.17 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Şəmsi Gülverdiyev, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, layihə koordinatoru Tərlan Məmmədli çıxış edib. Rəsmi hissə bitdikdən sonra Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib.
Bakı şəhərində keçirilən regional seçim turunda “Xəmsə”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Nəsimi, “Axtar tap” intellektual oyununda Sabunçu , “Vətəni tanı” İntellektual oyununda Nizami rayonunun gənc intellektualları qalib olublar.
29.10.17 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron üzrə regional turnir keçirilib.
Abşeron üzrə keçirilən regional seçim turunda “Xəmsə”, “Vətəni tanı” intellektual oyunlarında Sumqayıt şəhəri, “Nə? Harada? Nə zaman?”, “Axtar tap” intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.
04.11.17 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Quba, Şabran, Xaçmaz, Qusar, Siyəzən şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba üzrə regional turnir keçirilib. “Azərbaycan İntellektual Birİncisi” layihəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
Quba şəhərində keçirilən regional seçim turunda “Xəmsə” intellektual oyununda Şabran, “Nə? Harada? Nə zaman?” intellektual oyununda Siyəzən, “Axtar tap”, “Vətəni tanı” intellektual oyununda Quba rayonunun gənc intellektualları qalib olublar

05.11.17 tarixində“Azərbaycan İntellektual Birİncisi” layihəsinin Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarının iştirakı ilə Tərtər Yuxarı Qarabağ rayonu üzrə regional turnir keçirilib.
Tərtər rayonunda keçirilən regional seçim turunda “Xəmsə”, “Axtar tap” İntellektual oyununda Füzuli, “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” İntellektual oyununda Tərtər rayonunun gənc intellektualları qalib olublar
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcəkdir.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info