“ABŞ hökuməti jurnalistlərin telefonlarını dinləyir”
Tarix: 14.05.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


“Assoşieytid Press” agentliyi ABŞ-ın Ədliyyə Nazirliyini agentlik jurnalistlərinin telefonlarını dinləməkdə ittiham edir. Verilmiş bəyanatda qeyd olunur ki, söhbət informasiya agentliyinin işinə “genişmiqyaslı və görünməmiş müdaxilə”dən gedir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları agentliyə bildiriblər ki, 2012-ci il aprel-may aylarında Nyu-York, Vaşinqton, Hartford, Konnektikut ştatlarındakı müxbir məntəqələrindən, o cümlədən ABŞ Konqresinin Nümayəndələr Palatasındakı müxbir məntəqəsindən agentlik əməkdaşlarının şəxsi və iş telefonlarına gələn və çıxan zəngləri dinləyib və yazıblar.
Toplam olaraq dinləmələr agentlik və jurnalistlər tərəfindən istifadə edilən 20 telefon xəttində aparılıb. “Lenta.ru” yazır ki, telefonları dinlənilən əməkdaşların dəqiq sayı bilinməsə də, yuxarıda adıçəkilən müxbir məntəqələrində daimi olaraq 100-dən çox jurnalist işləyir.
“Assoşieytid Press”in icraçı direktoru Qeri Pruitt tərəfindən prezidentə və ABŞ-ın baş prokuroru Erik Holderin adına göndərilmiş məktubda deyilir ki, agentliyin əməkdaşlarının telefon danışıqları haqqında bu qədər genişmiqyaslı məlumatların toplanılması üçün “heç bir hüquqi əsas yoxdur”. Pruitt bildirib ki, özləri agentliyin strategiyası və taktikası məqsədilə iki ay ərzində aparılmış jurnalist araşdırmalarını, agentliyin məxfi mənbələrlə işi barədə təqdimatı verə bilərlər. Lakin belə informasiyalara giriş üçün hökumətin heç bir hüququ yoxdur.
Hüquq-mühafizə orqanları “Assoşieytid Press” agentliyinin telefonlarının hansı səbəblə dinlənildiyini açıqlamayıb. Daha əvvəl bildirilmişdi ki, Federal Təhlükəsizlik Bürosu agentliyin 2012-ci ilin mayın 7-də “Əl-Qaidə”nin ABŞ-a uçan təyyarələrdən birində terror aktı törətmək planları barədə təqdim etdiyi xəbərlərlə əlaqədar tədqiqatlara başlayıb. Agentliyin həmin xəbərində Mərkəzi Kəşfiyyat İdarəsinin Yəməndə apardığı xüsusi əməliyyatın təfərrüatlarının açıqlandığı bildirilir. 2013-cü ilin fevralında bu tədqiqatlar çərçivəsində MKİ-nin direktoru Con Brennan agentliyə xüsusi əməliyyatlar barədə məlumatların ötürülməsində şübhəli bilinərək dindirilmişdi. Brennan isə həmin fərziyyələri qəti surətdə təkzib etmişdi.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info