APEC ölkələri liderlərinin görüşü
Tarix: 10.11.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin İşgüzar Məşvərət Şurasının üzləri ilə Vyetnamda keçirilən görüşünə gəlməyib. Trampın sammitlə bağlı Vyetnamda olmasına baxmayaraq, Birləşmiş Ştatları tədbirdə ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxazer təmsil edir. “RİA Novosti” xəbər verir ki, APEC ölkələri liderlərinin İşgüzar Məşvərət Şurasının üzləri ilə görüşü “Furama” otelində start götürüb. Bu, sammit çərçivəsində keçirilən ilk rəsmi tədbirdir. Rəyasət heyətində Donald Tramp üçün ayrılmış kreslo bir müddət boş qalıb, sonra orada Laytxazer əyləşib. Bundan əvvəl Ağ Evin mətbuat katibliyindən məlumat verilmişdi ki, Donald Trampın qrafikinin sıxlığı səbəbindən onun Vyetnamda Rusiya Prezidenti Vladimir Putin ilə formal görüşü olmayacaq. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, ABŞ tərəfdən ziddiyyətli siqnallar gəlir, amma mümkün görüşlə bağlı iş davam edir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info