Təşəbbüskar qadınlar biznes inkubatorlarda fəal iştiraka cəlb olunurlar
Tarix: 10.11.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən seminarda qadın sahibkarın biznes inkubatorlarda fəal iştirakının təmin olunması məsələləri müzakirə olunub. “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda təşkil edilən tədbirdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları, rayonda fəaliyyət göstərən qadın sahibkar və menecerlər iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident tərəfindən ölkəmizdə qadın sahibkarlığının inkişafına, qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadınlar üçün biznes inkubatorların yaradılması barədə müəyyən edilmiş istiqamətə uyğun olaraq, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində qadınlar üçün biznes inkubatorlar yaradılıb. Bu məqsədlə Almaniya, Finlandiya, Slovakiya, İtaliya, Türkiyə, Cənubi Koreya, Rusiya kimi ölkələrin qabaqcıl təcrübəsi öyrənilib, ölkəmizdə tətbiqi imkanları araşdırılıb, biznes inkubatorların normativ sənədləri və fəaliyyət proqramı hazırlanaraq təsdiq edilib, müvafiq infrastruktur yaradılıb. Qadınlar üçün biznes inkubatorların yaradılmasının təşviqi istiqamətində görülən işlərdən danışan Sahib Məmmədov nazirlik tərəfindən 2017-ci ilin 9 ayı ərzində Bakı şəhərində və regionlarda bu sahədə 20-dən çox maarifləndirici tədbirin keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Quba-Xaçmaz və Aran Regional İnkişaf mərkəzlərində yaradılmış biznes inkubatorlar üçün qadın iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib və bu barədə KİV-də müvafiq elanlar yerləşdirilib. Namizədlərin müəyyən edilməsi prosesinin hazırda da davam etdiyini vurğulayan Sahib Məmmədov təşəbbüskar qadınları biznes inkubatorlarda fəal iştiraka dəvət edib. Bildirilib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı hazırda xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir. Xalçaçılıq üzrə təşkil edilmiş Tədris Mərkəzinə artıq regiondan xalçaçılıq sənətini öyrənmək istəyən 12 qadın cəlb olunub. Hazırda Tədris Mərkəzinin dinləyiciləri xalçaçılıq sənətinin sirlərini öyrənməklə yanaşı, xalçaçılıq məhsullarının istehsalı ilə də məşğul olurlar. Biznes inkubatorun digər rezidenti - gənc əlil qadın isə dekorativ sənət və rəssamlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərir. Dekorativ sənət və rəssamlıq məhsullarının satışa çıxarılması nəzərdə tutulur. Seminar iştirakçıları Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan gənc qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info