“Elm aylığı” UNEC-də elmi tədqiqata marağı artırıb
Tarix: 10.11.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


UNEC-də Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunan “Elm aylığı”nın yekun tədbiri keçirilib. Rektor, professor Ədalət Muradov tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-in təhsil, tədqiqat və sahibkarlıq elementlərini özündə ehtiva etdiyini bildirib. Ənənəvi olaraq hər il UNEC-də keçirilən “Elm aylığı” çərçivəsində qarşıya qoyulan vəzifələrə nail olunduğunu, tədqiqatların keyfiyyətinin artırıldığını diqqətə çatdıran rektor, bu istiqamətdə xüsusi olaraq Rus İqtisad Məktəbinin fəaliyyətini yüksək qiymətləndirib. Ə.Muradov UNEC-də aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsinin və elm aləmini maraqlandıran mövzuların mütəmadi müzakirəsinin vacibliyini vurğulayıb. UNEC-də həyata keçirilən üç elmi tədqiqatın universitetin büdcəsindən maliyyələşdiriləcəyini bildirən rektor, təhsilin keyfiyyətinin artım dinamikasına da diqqət çəkib. O, UNEC-in elmi potensialını yüksək qiymətləndirərək, Bilik İqtisadiyyatı Konsepsiyasının məhz burada hazırlanması təşəbbüsünü də irəli sürüb. UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli “Müasir təhsilin keyfiyyət indikatorları və onun iqtisadi artımda rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Elmin populyarlaşmasının dünya əhalisinin inkişaf indeksinin yüksəldilməsində əvəzsiz rol oynadığını bildirən professor, təhsilin keyfiyyətinə təsir edən amillər, təhsilə yönəldilən ümumi dövlət xərclərinin iqtisadi artıma təsirini təhlil edib, statistik göstəricilərini açıqlayıb. Y.Həsənli təhsil xərclərinin ÜDM-ə təsirinin elmi əsaslarla ekonometrik qiymətləndirilməsinin mümkünlüyünü bildirərək, Azərbaycan da daxil olmaqla, 18 ölkə üçün hazırlanan modeli təqdim edib, müqayisəli təhlil aparıb. Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-də “Elm aylığı” çərçivəsində həyata keçirilən tədbirlər barədə hesabatla çıxış edib. O, UNEC-in professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələri arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda elmi məqalə müsabiqəsinin keçirildiyini bildirib. Müsabiqəyə 165 məqalə təqdim edildiyini diqqətə çatdıran professor, nəticələri ötən illə müqayisə edərək, UNEC-də elmi tədqiqata marağın daha da artdığını vurğulayıb. Sonda elmi müsabiqənin qaliblərinə diplom və sertifikatlar təqdim edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info