“Made in Azerbaijan“ vahid ölkə stendi Çində
Tarix: 11.11.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Azərbaycan şərabları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən X Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur. Asiya qitəsində müvafiq sahə üzrə ən böyük sərgi hesab olunan Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisinə bu il Azərbaycan da daxil olmaqla, 38 ölkədən 1070 iştirakçı qatılıb. Noyabrın 9-da öz işinə başlamış sərgidə ölkəmiz Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, eləcə də şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsi ilə təmsil olunur. Noyabrın 11-dək davam edəcək sərginin keçirildiyi Honqkonq Beynəlxalq Sərgi və Konqres Mərkəzində Azərbaycan şərablarının təbliği məqsədilə müxtəlif tanıtım plakatları asılıb. Azərbaycan şərabları, şampanlar, meyvə və otlardan hazırlanmış spirtli içkilər xüsusi dizaynda hazırlanıb, 126 kvadratmetrlik "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur. Pavilyonumuzda rəqabətqabiliyyətli və ixracyönümlü Azərbaycan şərabları nümayiş olunmaqla yanaşı, sərgi ziyarətçilərinə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, istehsal olunan təbii və keyfiyyətli məhsullar barədə məlumat verilir, çap materialları təqdim edilir. Azərbaycan şərabları sərginin təşkilat komitəsinin üzvləri, ziyarətçilər, alıcılar və media nümayəndələri tərəfindən maraqla qarşılanır. Sərginin açılış mərasimindəki çıxışlarında Honqkonq Ticarət və İnkişaf Şurasının və Sərgi Mərkəzinin rəhbəri Marqaret Fonq Azərbaycanın ilk dəfə olaraq bu sərgidə vahid ölkə stendi ilə təmsil olunduğunu vurğulayıb, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev isə yerli məhsullarımız və stendimiz barədə məlumat verib. Sonra iştirakçı ölkələrin nümayəndə heyətləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olub, stendimizə şərab alıcılarının xüsusi turu təşkil edilib. Açılış mərasimi çərçivəsində keçirilmiş müsabiqənin qaliblərinə hədiyyə olaraq Azərbaycan şərabları da təqdim edilib. Sərgi çərçivəsində Azərbaycan iş adamları potensial müştərilərlə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olublar. Bundan başqa, sərgidə iştirak edən Azərbaycan şirkətlərinin nümayəndələri yerli bazarı araşdırmaq məqsədilə müxtəlif marketlərdə olublar. Qeyd edək ki, Azərbaycan məhsullarının təqdim olunduğu sayca 5-ci vahid ölkə stendi Prezidentin "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı fərmanına uyğun olaraq təşkil edilib. Vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info