Rusiyada “Qolos” təşkilatının xarici mənbələrdən maliyyələşdiyi aşkarlanıb
Tarix: 14.05.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi təşkilatın «xarici agent» kimi qeydiyyata düşməsi üçün məhkəməyə müraciət edib

Rusiyada qeyri-hökumət təşkilatlarında aparılan yoxlamalar konkret nəticəsini verməkdədir. Həmin yoxlamalara əsasən, xaricdən maliyyə yardımı alan təşkilatlar Ədliyyə Nazirliyində «xarici agent» kimi qeydiyyatdan keçməlidirlər. Yoxlamalar başlayandan ən çox diqqət mərkəzində olan təşkilat «Qolos» adlı qurum olub. Bu QHT seçki dövründə aktiv fəaliyyət göstərərək məntəqələrə xeyli sayda müşahidəçi göndərmişdi. Eyni zamanda demokratiya və insan hüquqlarının müdafiəsi ilə məşğul olduğunu açıqlayan QHT müşahidəçilərin hazırlanması prosesində də aktiv fəaliyyəti ilə seçilib.
Seçicilərin məntəqələrdəki pozuntu ilə bağlı operativ informasiya verməsi üçün SMS mərkəzinin yaradılması da «Qolos» təşkilatının layihələri arasındadır. Bu təşkilatda həyata keçirilən yoxlamalar nəticəsində xeyli pozuntu və xaricdən maliyyə yardımı alınması faktları aşkarlanıb. Rusiya Ədliyyə Nazirliyinin saytında yer alan məlumatda qeyd edilir ki, nazirlik bu təşkilata qarşı administrativ pozuntularla bağlı iş qaldırıb və müvafiq protokol artıq məhkəməyə göndərilib. Həmin məlumatda qeyd edilir ki, təşkilatda aparılan yoxlamalar nəticəsində müəyyənləşdirilib ki, «Qolos» təşkilatı 2012-ci ilin dekabr ayında müxtəlif xarici mənbələrdən 4 milyon rubl vəsait alıb. Ədliyyə Nazirliyi bəyan edib ki, Rusiyada siyasi arenada fəaliyyət göstərən bu təşkilat 2008-ci ildən seçki prosesində şəffaflığın təmin edilməsi istiqamətində müxtəlif proqramlar reallaşdırır: «Beləliklə, demokratik hüquq və azadlıqların müdafiəsi uğrunda mübarizə apardığını bəyan edən «Qolos» təşkilatı xaricdən maliyyə yardımı alaraq Rusiya Federasiyasının ərazisində siyasi fəaliyyətlə məşğuldur. Daha doğrusu, xarici agent funksiyasını yerinə yetirir». Ədliyyə Nazirliyi bildirir ki, bu faktların aşkarlanmasına baxmayaraq, «Qolos» təşkilatı hələ də «xarici agent» kimi qeydiyyata düşmək üçün dövlət orqanına müraciət etməyib. Bu isə «Qeyri-hökumət təşkilatları» haqqında federal qanunun tələblərinə ziddir. Eyni zamanda təşkilat daxilində aparılan yoxlamalar nəticəsində administrativ hüquqlarla bağlı Federal Məcəllənin də tələbləri pozulub. «Amerikanın səsi»nin Rusiya xidmətinə açıqlama verən «Qolos» təşkilatının icraçı direktorunun müavini Qriqori Melkonyanç bildirib ki. administrativ pozuntularla bağlı aprelin 25-də keçirilən məhkəmə onları 300 min rubl cərimə edib: «Situasiya təkrarlanır. İndi isə «Qolos» təşkilatının tərkibinə daxil olan regional təşkilatlara qarşı fəaliyyətə başlayıblar». O bildirib ki, təşkilatın tərkibinə daxil olan müxtəlif QHT-lər regionlarda demokratik hüquqlar uğrunda fəaliyyət göstərirlər və əsasən Avropa İttifaqından maliyyə yardımı alırlar: «Yəqin ki, məhkəmə prosesi ayarım davam edəcək, daha sonra biz qərardan şikayət verəcəyik. Hələlik proses cinayət işi səviyyəsinə qalxmayıb, amma bu da istisna deyil» Qeyd edək ki, QHT-lər haqqında müvafiq qanun Rusiyada ötən ilin payızında qəbul edilib. Həmin qanuna əsasən, xaricdən maliyyə yardımı alaraq Rusiya ərazisində siyasi sferada fəaliyyət göstərən təşkilatlar Ədliyyə Nazirliyində «xarici agent» kimi qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyənləri ilk mərhələdə 500 min rubl cərimə gözləyir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info