Şahmatçımız Moskvada keçirilən beynəlxalq turnirin qalibi olub
Tarix: 11.11.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Şahmat Federasiyaları Assosiasiyasının Moskvada keçirilən və Mixail Botvinnikin xatirəsinə həsr edilmiş birinci açıq beynəlxalq turnirində bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. FIDE ustası G.Beydullayeva (2216) turnirdə 14 yaşadək yeniyetmələrin yarışında bütün partiyaları qələbə ilə başa vuraraq 10 mümkün xaldan 10 xal toplayıb. O, turnirin sonuncu – 11-ci turunda moldovalı Valentina Rotaruya qalib gəlib. G.Beydullayeva inamlı çıxışı ilə ən yaxın izləyicisini - birinciliyə namizədlərdən hesab edilən Ermənistan şahmatçısı Mariam Mkrtçyanı 3,5 xal geridə qoyub. Azərbaycan şahmatçısı Ermənistan təmsilçisini turnirin ikinci turunda məğlubiyyətə uğradıb. Qaliblərə mükafatlar Moskva Mərkəzi Şahmat Evində təqdim olunub. Beləliklə, qızların yarışında birinci yeri Azərbaycan şahmatçısı Gövhər Beydullayeva (10 xal) tutub. Ermənistan nümayəndəsi Mariam Mkrtçyan 6,5 xalla ikinci, Özbəkistan şahmatçısı Yuliya Xeqay isə 6 xalla üçüncü yerdə qərarlaşıblar. Oğlanların mübarizəsində isə qalib adına Moldova təmsilçisi İvan Şitko (8 xal) sahib olub. Bu yarışda ölkəmizi təmsil edən Aydın Süleymanlı 5,5 xalla altıncı yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info