Ermənistanda daha bir oğru dəstəsi həbs edilib
Tarix: 14.05.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


“News.am” saytının məlumatına görə, polisin mətbuat xidmətindən bildiriblər ki, mayın 12-də İrəvanda 43 yaşlı S.Armen, 33 yaşlı S.Eduard, 21 yaşlı S.Qriqor, 28 yaşlı Q.David, 22 yaşlı P.Vaan həbs ediliblər.
Onlar tikintidən metal qapıları oğurlamağa cəhd ediblər. Ermənistan polisi isə cinayətin qarşısını alıb. Hadisə araşdırılır. Qeyd edək ki, bu, Ermənistanda son günlər ərzində oğurluqla bağlı baş vermiş ilk cinayət hadisəsi deyil. Belə ki, hələ bir gün əvvəl polisə belə bir məlumat daxil olmuşdu ki, daha əvvəl 5 dəfə məhkum olunmuş Z.Ermin adlı cinayətkar Svaçyan küçəsindəki mağazalardan birində satıcının pul kisəsini oğurlayıb. Pul kisəsində pul və sənədlər olub. Oğurlanmış pullar sahibinə qaytarılsa da, sənədlər hələ ki axtarılır. Bundan başqa, mayın 12-də “Zvartnos” aeroportunda 58 yaşlı P.Levon yaxalanıb. O, ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən saxta bank kartları hazırlamaqda ittiham olunaraq axtarılırdı.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info