AZAL “Boeing” korporasiyasından 7 təyyarə alır
Tarix: 13.11.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


"Azərbaycan HavaYolları" (AZAL) QSC və “Boeing” korporasiyası beş “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib.
 
“Azərbaycan HavaYolları"” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister)imzalayıblar.
 
Saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır. 
 
"Əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olan “Boeing” Korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq”, -deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.
 
“Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister bildirib ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndirirlər: “Yeni “787 Dreamliner” təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur və bu, yeni marşrutlar açmağa kömək edəcək və onların qarşıdakı uzun illər ərzində uzunmüddətli uğurunu təmin edəcək".
 
AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkət "Boeing" Korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX”təyyarələri əlavə olunacaq.
 
"Azərbaycan Hava Yolları" həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar etməyə davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info