“Uşaqlara siqaret satmaq qadağandır!” kampaniyası Xaçmazda
Tarix: 13.11.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun birgə təşkilatçılığı ilə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində 10.11.2017-ci il tarixində Xaçmaz rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda  Dəyirmi Masa keçirilmişdir. Bu haqda AVCİYA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Dəyirmi masanı giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin əməkdaşı, Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyanın üzvü Araz Rzayev tədbirin əhəmiyyətindən danışmış, rayonda komissiyanın gördüyü işlər barədə məlumat vermişdir. Fondun prezidenti Şahin Camalovda öz növbəsində qonaqları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə geniş məlumat vermişdir. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı da problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşmüşdür. Daha sonra cari ilin mart ayında Bakı şəhərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfində həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilmişdir. Sosioloji sorğunun nəticələrinin müzakirəsi zamanı Xaçmaz rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Ağakərim Muradxanov çıxış edərək yetkinlik yaşına çatmamış şəxslərin tütün məmulatlarına çıxışlarının məhdudlaşdırılması yönündə aparılan maarifləndirici tədbirlər barədə danışmış, aparılan müzakirələri yüksək qiymətləndirmişdir.
 
Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak etmişdir. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilmişdir.
 
Qeyd edək ki, layihə çərçivəsində növbəti həftələrdə Salyan və Yevlax rayonlarında da Dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.
 
 Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info