DİN əməkdaşları cinayətkar dəstəni zərərsizləşdirib
Tarix: 13.11.2017 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Daxili işlər orqanları əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.
 
DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, bu il noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra Akademik H.Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar. 
 
Həmin şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər. 
 
Nərimanov RPİ əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz  əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.
 
Qeyd edək ki, dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində yerləşən kirayə yaşadığı evdə saxlayıblar.
 
Saxlanılan şəxslərdən R.Ramazanovun üzərinə baxış zamanı 1 ədəd idman tapançası, 1 ədəd gözyaşardıcı qaz balonu, 2 ədəd bıçaq, 20 ədəd “Fenadiazepin”, 20 ədəd “Tramadol”, 9 ədəd “Contromal”, 2 ədəd “Gerica” psixotrop həbləri, eləcə də 2.031 qram heroin, R.Əmirxanlıdan isə 2.931 ram heroin aşkar olunaraq götürülüb.
 
Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info