Bahar Muradova: “Azərbaycanda insan kapitalının inkişafına diqqət dövlətimizin prioritet istiqamətlərindəndir”
Tarix: 13.11.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycanda insan kapitalının inkişafına göstərilən diqqət dövlətimizin prioritet istiqamətlərindəndir. Bu fikri Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova parlamentdə müzakirə edilən “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə danışarkən deyib.
Bahar Muradova büdcə layihəsinin mahiyyətindən danışaraq bildirib ki, sənəddə qlobal iqtisadi meyillər nəzərə alınmaqla büdcənin göstəriciləri, parametrləri müəyyənləşdirilib. Burada Azərbaycan iqtisadiyyatının həm 2016-cı ilin, həm də 2017-ci ilin keçən ayları müddətindəki inkişaf istiqamətləri və nəticələri nəzərə alınıb. Eyni zamanda, həm beynəlxalq, həm də daxili miqyasda risklər, onların büdcə parametrlərinə mövcud və mümkün təsirləri də nəzərə alınıb. Regionların dayanıqlı inkişafı, tələbatların yerli potensial nəzərə alınmaqla ödənilməsi tələbləri, sosial, iqtisadi, rabitə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dəstəyin büdcə paketində nəzərə alınması və prioritet istiqamət kimi göstərilməsi çox vacibdir. Artıq 33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına həyata keçirəcək. Bu da ötən müddət ərzində əldə olunmuş çox böyük nailiyyətdir. Biz qarşıya qoyulan hədəflərə daha sürətlə, daha çevik şəkildə nail oluruq.
Bahar Muradova qeyd edib ki, insan kapitalının inkişafına göstərilən diqqəti və bu sahənin prioritet istiqamət kimi nəzərdə tutulmasını vacib amil kimi vurğulamaq lazımdır. İnsanların məşğulluğunun təmin olunması, sosial müdafiəsinin təşkili, təhsilə, səhiyyəyə, mədəniyyətə, yaradıcı sahələrə diqqət 2018-ci il büdcəsində də öz əksini tapır. Həssas qruplara qayğı, xüsusilə ehtiyacı olan təbəqənin problemlərinin həlli ilə bağlı büdcə göstəricilərini nəzərə alsaq, vurğulamalıyıq ki, bu dəfə də Azərbaycan Respublikasının dövlət büdcəsi sosialyönümlü xarakterini saxlayır.
Milli Məclisin sədr müavini deyib ki, əsas hədəflərimiz büdcə paketinə daxil olan qanun layihələrində göstərildiyi kimi, makroiqtisadi sabitliyin qorunub saxlanması, dövlət büdcəsinin xərclərinin səmərəliliyinin artırılması və onun xüsusi fəaliyyət mexanizmlərinin meydana gəlməsi, iqtisadi tənzimləmə sahəsində mexanizmlərin təkmilləşdirilməsi, ən əsası yenə də səmərəliliyin, faydalılığın artırılmasına göstərilən diqqət, rəqabət mühitinin təkmilləşdirilməsi, ixrac potensialının artırılması, daxili bazarın qorunması, bir sözlə, Azərbaycan xalqının layiqli həyat səviyyəsinin təmin edilməsi, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyinin təmin olunması, bunun növbəti illərdə də prioritet istiqamət kimi götürülməsidir. Bütün bunlar Azərbaycan vətəndaşlarının rifahının təmin olunmasına, hüquq və azadlıqlarının qorunmasına dövlətimizin növbəti dəstəyi kimi dəyərləndirilməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info