“Baku Shopping Festival”ın turizm sektorunda müsbət təsiri görünür
Tarix: 13.11.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Turizm üzrə 2016-cı ilin bir illik nəticəsi 2017-ci ilin 10 ayı ərzində tamamlandı

Azərbaycan turizm üzrə dinamikanı oktyabr ayında da saxlayıb. Mədəniyyət və Turizm nazirliyindən aldığımız məlumata görə, 2017-ci ilin oktyabr ayı ərzində ölkəyə gələn turistlərin sayı 204 min 686 nəfər olub ki, bu da ötən illə müqayisədə 12,9% artım deməkdir.
Nazirlik 2017-ci ilin 10 ayı ərzində ölkəyə gələn turistlərin də sayını açıqlayıb. Bildirilib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 2 milyon 276 min 604 nəfər turist gəlib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 20,1% artım deməkdir.
Müqayisə üçün qeyd edək ki, bütövlükdə 2016-cı ildəAzərbaycana 2.242.783 milyon nəfər turist gəlib. 2017-ci ildə isə bu göstərici 10 ay müddətində əldə edilib. Nəzərə alsaq ki, İlin tamamlanmasına qədər 2 ay qalır, onda ölkəyə gələcək turistlərin statistikası 2017-ci il üçün yüksək gösrəicilərlə müşaiyət olunacaq.
Məlumat üçün bildirək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün qəbul edilən proqramlarda istinad edilən sahələrdən biri də turizmdir.
İxtisaslaşmış turizmin yaradılması “iqtisadi inkişaf strategiyası”nda istinad edilən 11 sektordan ( 8 əsas, 3 yardımçı olmaqla) biridir. 2016-cı ildə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə turizm üzrə “2020-ci ilədək tədbirlər planı”, “2025- ci ilədək uzunmüddətli baxış” və “2025-ci ildən sonrakı dövr üçün hədəf baxış” hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun.Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır.
Məqsədə çatmaq üçün tətbiq edilən mexanizmlər sırasında beynəlxalq brend tədbirlərin Azərbaycanda keçirilməsi də var. “Formula-1”, “Bakı – 2015 Birinci Avropa Oyunları”nın, “İslam Həmrəylik Oyunları”nın Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən hədəflərə çatmaqdır.
2017-ci ildən etibarən isə, Azərbaycanda daha bir beynəlxalq brend tətbiq edilir. Turizmin inişafı yönündə icra edilən proqramlar sırasında “Baku Shopping Festival” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixdə imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq keçirilən şopinq festivallar həm turizmin inkişafı strategiyasına, həm də ümumilikdə milli iqtisadiyyatın diversifikasiyası proqramına mühüm töhfələr verə bilib.
Mədəniyyət və turizm nəzirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə 2017-ci ilin 10 aprel-10 may aralığında 1-ci “Baku Shopping Festival”keçirilib və nəticələr uğurlu olub. Oktyabrın 15-dən etibarən isə 2-ci şopinq festival keçirilir. Festival noyabrın 15-dək davam edəcək.
2017-ci ildə, şopinq festivalların keçirildiyi bir dövrdə ölkəyə gələn turistlərin kəmiyyətiötən illərlə maqayisədə dəfələrlə artıb. Yuxarıda da qeyd edildiyi kimi, bütövlükdə 2016-cı ildə Azərbaycana 2.242.783 milyon nəfər turist gəlibsə, 2017-ci ildə bu göstərici 10 ay müddətində əldə edilib.
Rəsmi statistikaya görə, həyata keçirilən proqramların, tətbiq edilən mexanizmlərin nəticəsi olaraq Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayının orta hesabla illik 8,5 dəfə artması təmin edilib. Həmçinin, turizm sənayesinin ölkə ÜDM-də payı 4,3 faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra, turizmin ölkədə ÜDM-yə təsir imkanları inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq.
Bütün bunlar düşünməyə əsas verir ki, beynəlxalq brend tədbir və kampaniyaların Azərbaycanda tətbiqi davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info