Britaniya Parlamentində Heydər Əliyev haqqında olan kitabdan danışılıb
Tarix: 13.11.2017 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi parlament müzakirələrində Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik tədqiqatın ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Böyük Britaniya parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.
 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) millət vəkili həmkarlarını bu kitab vasitəsilə 20-ci əsrin görkəmli dövləti xadimi, Azərbaycan xalqının ümummilli lideri və Britaniyanın yaxın dostu olmuş Heydər Əliyevin tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olmağı tövsiyə edib. Üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Bob Bləkmanın sözlərinə görə, bu kitab oxucunun diqqətini Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarından didərgin düşmüş insanların acı həyatına çəkir. 

Qeyd edək ki, ingilis dillində “TEAS Press” Nəşriyyatında işıq üzü görən “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı cari ilin oktyabrın 31-də Böyük Britaniya Parlamentində keçirilib. Təqdimatda Böyük Britaniya Parlamentinin hər iki palatasının üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusunun nümayəndələri, tədqiqatçılar və Azərbaycan diasporunun fəalları iştirak edib.  
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info