Ölkənin 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək
Tarix: 13.11.2017 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


2018-ci ildə Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək. Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, 2018-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 621 milyon manat proqnozlaşdırılır: "Bu, cari ilin proqnoz göstəricisini 4 faiz üstələyir. Yerli xərclər isə 424 milyon manat və ya 2017-ci illə müqayisədə 3 milyon manat çox proqnozlaşdırılır".
A.Bayramov qeyd edib ki, bu məbləğdən 10,1 faiz yerli xərclərin tənzimlənməsi üçün nəzərdə tutulan dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə dəstəyinə düşür: "Bu, cari ilin göstəricisindən 0,2 faiz bəndi aşağıdır. Maliyyə dəstəyinin faktiki məbləği bir milyon manat azalaraq 73 milyon manat təşkil edəcək. Burada öz xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər nəzərdə tutulmur".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info