Tələbələr Türkiyədə təcrübədə olublar
Tarix: 13.11.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq ixtisası üzrə 2 müəllim və 10 tələbədən ibarət 12 nəfərlik heyəti 29 oktyabr-04 noyabr 2017-ci il tarixində Türkiyənin Ərzurum-Atatürk Universitetinin Baytarlıq fakültəsində klinik təcrübə və dərslərdə iştirak edib. Məlum olduğu kimi Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər ölkələrin universitetləri daxil olmaqla dünyanın 80-dən çox ali təhsil ocağı ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum-Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub və qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Həmçinin universitetimiz, iştirakçısı olduğu TEMPUS və ERASMUS+ layihələri çərçivəsində bakalavriat, magistratura, doktorantura,doktoranturadan sonrakı və akademik təhsil pillələri üzrə dünya universitetləri ilə uğurlu əməkdaşlığa malikdir.
29 oktyabr-04 noyabr tarixlərini əhatə edən təcrübə müddətində tələbələr Ərzurum-Atatürk Universitetinin Baytarlıq klinikasında olub, burada heyvanların üzərində aparılan cərrahiyyə əməliyyatlarında, heyvanların süni mayalandırılması prosesində, heyvanlarda müxtəlif xəstəliklərin aşkarlanması və diaqnozların qoyulmasında iştirak ediblər. Şərqi-Anadolu Yüksək Texnoloji tətbiq və araşdırma mərkəzi (DAYTAM) ilə tanış olan müəllim və tələbələrə buradakı ən müasir aparatlar və funksiyaları haqqında geniş məlumat verilib. Bir həftə davam edən praktiki və nəzəri kurs tələbələrimiz üçün zəngin təcrübə mənbəyi olub, maraqlı təəssüratlar yaradıb. Səfər çərçivəsində Ərzurum şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyilar da təşkil olunub.
Nərmin Cabbarova
NDU-nun
Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info