Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib
Tarix: 13.11.2017 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər. Əməkdar məşqçisi Əbülfəz Məmmədovun baş hakimlik etdiyi yarışda Azərbaycanda istehsal olunan «İSMA» velosipedlərindən istifadə olunub.
Sonda Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və liseyin müdiri Hüseyn Dəmirəl yarışın qaliblərini diplomalar və medallarla mükafatlandırıblar.
Mükafatlandırma mərasimində çıxış edən Hüseyn Dəmirəl yarışın gözəl bir tarixə təsadüf etdiyini deyib: «Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il ötür. Biz də bu tarixi gün münasibətilə şagirdlərimiz arasında velosiped yarışı keçirməyə qərar verdik. Mən bu yarışın keçirlməsində bizə yaradılan gözəl şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, liseyimizlə Federasiya arasındakı əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək».
Öz növbəsində Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ölkəmizdə idmanın inkişafı üçün atılan addımların öz bəhrəsini verdiyini bildirib: «Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın bütün növləri kimi, velosiped idmanı da inkişaf dövrünü yaşayır. Biz də dövlət başçısının bu diqqət və qayğısından güc alaraq, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bu gün maraqlı bir idman yarışının şahidi olduq və inanıram ki, yarışda iştirak edən lisey şagirdləri arasından gələcəyin məhşur idmançıları da yetişəcək. Eyni zamanda Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq liseylə əməkdaşlığı davam etdirməyə hazırıq».
Qeyd edək ki, yarışdan sonra liseyin rəhbərliyi, valideynlər və şagirdlər Respublika Velotrekində yaradılan Velosiped muzeyində və "İsma bikes" satış və sərgi mərkəzində olublar. Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilati işlər üzrə menecerı Faiq Qurbanov istər muzeydə sərgilənən, istərsə də satış mərkəzində olan velosipedlər haqqında ətraflı məlumat verib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info