“Halliburton” şirkətinin regional rəhbəri BANM-də
Tarix: 13.11.2017 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-ın “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankaster ilə görüşüb. Görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlığın genişlənməsi ilə bağlı məsələlərin müzakirəsi olub. Şirkətin Azərbaycanda dövlət strukturları ilə iş üzrə meneceri Anar Əliyev də görüşdə iştirak edib.
BANM-dən bildiriblər ki, E.Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətinin əsas istiqamətləri barədə qonaqlara məlumat verib. Rektor cari tədris ilinin yaddaqalan olduğunu, BANM-in kampusunun Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılışını, ilk məzunlara diplomların verilməsini, bu təhsil müəssisəsinin ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış tələbələrin və Prezident təqaüdçülərinin sayına görə rekord əldə etdiyini vurğulayıb. Qeyd edilib ki, məzunların əksəriyyəti artıq aparıcı transmilli şirkətlərə işə qəbul olunub. Həmin şirkətlər sırasında “Halliburton” şirkətinin də olduğunu diqqətə çatdıran rektor bu məhsuldar əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib. E.Qasımov tələbələrə karyerası və rəhbərlik təcrübəsindən danışmağı qonağa təklif edib.
D.Lankaster BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və bu ali məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi təsdiqlədiklərini deyib. Bildirilib ki, BANM-in yetirmələri dərin bilikləri, yaxşı təcrübə keçmələri, işgüzar xüsusiyyətlər və işə məsuliyyətli yanaşmaları ilə çox fərqlənirlər. D.Lankaster, həmçinin şirkətin BANM-lə əlaqələrinin güclənməsində çox maraqlı olduğunu söyləyib.
Sonda qonaq BANM-in rəhbərliyinə neft-qaz sektorunda beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mühəndislərin yetişdirilməsinə görə təşəkkürünü bildirib, uğurlar arzulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info