Sahibkarlıqla bağlı müsabiqə qalibləri mükafatlandırıldı
Tarix: 14.05.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Qafqaz regionunda əczaçılıq sahəsində ən böyük şirkət olan “Avromed”in dəstəyi, “Kaspi” və “Xalq” qəzetlərinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı” istiqaməti üzrə yazı müsabiqəsinin nəticələrinə həsr olunmuş konfrans keçirildi. Tədbirdə “Kaspi” Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, “Avromed” şirkətinin təsisçisi Cavanşir Feyziyev, biznes və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Ə.Amaşov bildirdi ki, Azərbaycanda aparılan bütün islahatlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Keçən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycan ciddi olaraq, ictimai-siyasi, sosial, hərbi problemlərlə üz-üzə qalmışdı. Böhran vəziyyətinə düşən ölkənin müstəqilliyini təmin etmək üçün ciddi islahatların aparılması gərəkli idi. Bu heç də asan məsələ deyildi. Bir ictimai-iqtisadi formasiya digəri ilə əvəz olunmalı idi. Müharibə şəraitində olan ölkəmizdə ilk olaraq hərbi islahatlar həyata keçirildi. Qısa bir vaxt ərzində Azərbaycanın hərbi doktrinası qəbul olundu. Bununla yanaşı, Azərbaycanda həyata keçirilən pul-maliyyə islahatı, bank sisteminin qurulması ilə bağlı islahatların hər biri məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bundan başqa, Azərbaycanda aparılan ən böyük və əhəmiyyətli islahatlardan biri özəlləşmənin həyata keçirilməsidir. Bununla bağlı həyata keçirilən layihənin əhəmiyyəti çox böyükdür. Ümumilikdə müsabiqəyə 70 yazı təqdim olunub. Onlardan birinci yerə 1500 manat, ikinci yerə 1000 manat, üçüncü yerə isə 700 manat pul mükafatı nəzərdə tutulub. Bundan başqa 9 nəfər üçün həvəsləndirici mükafat nəzərdə tutulub. Onların da hər birinə 250 manat məbləğində mükafat veriləcək”.
Daha sonra çıxış edən “Kaspi” Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva bildirdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi elə bir dövrə təsadüf edirdi ki, Azərbaycanın müstəqilliyi təhlükə altında idi. Ancaq ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində bütün bu problemlər aradan qalxmaqla bərabər, meydana çox çətin bir sual çıxdı. Bu sual sovet dövründən qalan kiçik iqtisadiyyatın bərpası və onun necə inkişaf etdirilməsindən ibarət idi. Məlum idi ki, sovet dövründən qalan iqtisadiyyatımız dağılaraq tənəzzülə uğramışdı. Ulu öndər əsas məsələ kimi ortaya qoydu ki, demokratik dövlət quruculuğunun prinsiplərini qəbul edən bir ölkə üçün onun iqtisadiyyatı yalnız bazar iqtisadiyyatı yolu ilə həyata keçirilməlidir. İqtisadiyyatın ayrı-ayrı sahələrini düzgün qurmaq üçün azad sahibkarlığın inkişafına meydan yaratmaq lazım idi. Bu, çox düzgün qərar idi. Çünki Heydər Əliyev 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanda birinci katib vəzifəsində çalışan zaman ölkə iqtisadiyyatını çox gözəl bilirdi. O, sahibkarlığın inkişafına qəti şəkildə qərar verdi. Özəlləşmənin həyata keçirilməsi, sahibkarlığın inkişafına yaradılan şərait qısa bir müddətdə özünün müsbət nəticələrini verdi. Bütün bunlar Azərbaycan xalqının rifahı üçün idi. 1997-ci ilin iyun ayında “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair” dövlət proqramı tətbiq edildi. Bu proqramın əsasında da Azərbaycanda kiçik və orta sahibkarlığa milli kömək fondu, sahibkarlıq mərkəzləri, lizinq mərkəzləri, regionlarda müvafiq idarələr yaradıldı. Bütün bunlar çox təqdirəlayiq hal idi. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan iqtisadiyyatı özünün quruculuq, keçid və inkişaf dövrünü müəyyənləşdirdi. Onun layiqli varisi Prezident İlham Əliyevin dövründə isə Azərbaycan iqtisadiyyatı özünün tərəqqi dövrünə çatdı.
“Avromed” şirkətinin təsisçisi Cavanşir Feyziyev isə bildirdi ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan bu layihədə məhz jurnalistlərin iştirakı şərt kimi qarşıya qoyulmuşdu.
Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Qaliblər - “Kaspi” qəzetindən Rufik İsmayılov, “Xalq” qəzetindən Vüqar Rüstəmov, “Yeni Azərbaycan” qəzetindən Nardar Bayramlı, bu sətirlərin müəllifi və digərləri mükafatlandırıldılar. Həmçinin müsabiqədə yazıları fərqlənən 9 iştirakçıya həvəsləndirici mükafatlar təqdim edildi. “Palitra” qəzetinin digər əməkdaşı Nigar Abdullayeva da mükafat alanlar içərisində idi.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info