ADU-da fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib
Tarix: 13.11.2017 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Noyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) SABAH qruplarında fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib.
ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, Fransa səfirliyinin nəzdində fəaliyyət göstərən Fransa Mədəniyyət Mərkəzinin nümayəndəsi Leyla Əliyeva təmsil etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, mərkəzin səfirliklə birgə SABAH tələbələri üçün xüsusi dil kursları təklif etdiyini bildirib, kurslara qatılmaq qaydaları, qarşıda duran məqsədlər haqqında iştirakçılara ətraflı məlumat verib.
Onun sözlərinə görə, kurslar Azərbaycan Fransız İnstitutunda keçirilir və bir sessiya adətən 3 ay davam edir. Mərkəzdə həmçinin böyük kitabxana fəaliyyət göstərir, beynəlxalq imtahanlar vermək üçün imkanlar mövcuddur.
Daha sonra Campus France Agentliyinin Azərbaycandakı nümayəndəsi Maureen Raab agentliyin fəaliyyəti, əsas vəzifə və məqsədlərindən söz açıb. Fransa və Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək istədiklərini qeyd edən M.Raab bu məqsədlə irəli sürdüyü “Avropa könüllülük xidməti” layihəsinin üstünlüklərindən bəhs edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info