Kəklikotu, dəfnə yarpağı, biyan kökü kimi bitkilərin ixracından milyonlar qazanmaq mümkündür
Tarix: 13.11.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Ölkədə kənd təsərrüfatının prioritet olması ilə bağlı bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.
Bu günlərdə Gəncədə səfərdə olan ölkə başçısı bildirib ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk: “Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Gəncə avtomobil zavodu indi digər ölkələrdə sənaye sahələrinin yaradılmasında iştirak edir. Yəni bu inkişaf buna gətirib çıxarıb ki, həm daxili tələbat təmin edilir, iş yerləri yaradılır, qeyri-neft sektoru inkişaf edir və biz artıq qonşu ölkələrə də öz məhsulumuzla, texnologiyalarımızla çıxırıq. İndi kənd təsərrüfatı ölkəmizdə çox böyük sürətlə inkişaf edir. Kənd təsərrüfatı məhsullarının ixracı təqribən 40 faiz artıb”. Bu gün ölkədə kənd təsərrüfatının inkişafında mühüm amillərdən biri ixracın artırılmasıdır. Son vaxtlar bu sektorda bir çox məhsulların ixracı daha da artıb. Bir çox ölkələr arasında güclənən rəqabət müxtəlif məhsulların ixracından əldə edilən gəliri artırmağa imkan verir. Bu cür yükdək gəlir gətirən məhsullar sırasında diqqəti cəlb etməyən bitkilər də var.

Türkiyə kəklikotu, dəfnə, biyan kökü, cökə, adaçayı, rozmarin kimi məhsulların ixracından 128 milyon dollar əldə edib
Sağlam qidalanmanın aktual olduğu indiki vaxtda bir çox ölkələr tələbatı hər gün artan, təbii olaraq yetişən bitkilərdən yüksək məbləğdə gəlir əldə edirlər. Məsələn, Türkiyə kəklikotu, dəfnə, biyan kökü, cökə, adaçayı, rozmarin kimi məhsulları ixrac edərək 2016-cı ildə 128 milyon dollar valyuta əldə edib.
Ege Mebel Kağızı və Meşə Məhsulları İhracatçıları Birliyinin başçısı Nurettin Tarakçıoğlu, Türkiyənin odundan kənar meşə məhsulları ixracının 2017-ci ilin yanvar - oktyabr aylarında 100 milyon dollar əldə etdiyini, o cümlədən kəklikotu ixracından 45 milyon dollar, dəfnə yarpağı ixracından 26 milyon dollar, adaçayı ixracından isə 5 milyon dollar gəlir əldə etdiyini bildirib.

"Təbii bitkilərə tələbat artır"
Odundan başqa, digər meşə məhsulları sektorunun daha çox burada yaşayan əhalini maraqlandırdığını deyən Tarakçıoğlu bildirib ki, bu məhsullar kəndlərin inkişafı baxımından çox böyük bir potensial daşıdığından, əslində ölkə iqtisadiyyatı üçün də həyati əhəmiyyət kəsb edir: “Yaratdığı məşğulluq qeydiyyata alınmadığı üçün nəzərdən kənarda qalsa da mühüm məhsul səviyyəsində olduğu hamıya məlumdur. Bundan başqa, dünyada artan sağlam qidalanma ilə bağlı olaraq tibbi bitkilərə də tələb hər keçən gün artmaqdadır. Türkiyənin artan tələbatı ödəmək üçün bazar potensialı var. Xüsusilə dəfnə və kəklikotu istehsal və ixracında dünyada əhəmiyyətli bir yerimiz var”.
Türkiyənin əhəmiyyətli meşə məhsullarının əksər hissəsinin ixrac edilərək iqtisadiyyata böyük dəyər qazandırdığını deyən Tarakçıoğlu qeyd edib ki, əks təqdirdə bu məhsullar təbiətdə yox olub gedəcək. Həmin məhsullar kənd təsərrüfatı məhsulu kateqoriyasında qiymətləndirilir.

Hədəf 2 milyard dollardır
Kilis 7 Aralık Universitetinin professoru Dr. Nazim Şekeroğlu isə bildirib ki, təbiətdə özbaşına yetişən kəklikotu, dəfnə, biyan kökü, cökə, adaçayı, rozmarin kimi məhsulları ixrac edərək Türkiyəyə illik 150 milyon dollar valyuta qazandırmaqla kifayətlənmirlər. Bu sektorda hədəf 2 milyard dollardır. Tibbi və aromatik bitkilər qrupu dünyada son illərdə iqtisadi mənada əhəmiyyəti artan sənaye bitkiləri və odundan kənar meşə məhsullardır. Ənənəvi məhsullarla yanaşı, son illərdə yabanı halda bitən bitkilər, o cümlədən göbələk kimi bitkilərdən əldə edilən gəlir getdikcə artmaqdadır.

140 bitki növünün xarici ticarəti həyata keçirilir
Türkiyədə daxili istehlakda fərqli məqsədlər üçün istifadə edilən və ticarəti reallaşan bitki növlərinin sayının 350-400 olduğu, təxminən 140 bitki növünün isə xarici ticarətinin həyata keçirildiyi deyən Şekeroğlu bildirib ki, xaricə ən çox ixrac edilən bitkilərin arasında adıçəkilən məhsullarla yanaşı, çəmən, çörəkotu, qırmızı bibər, keşniş, biyan kökü, nanə, şüyüd və sumaq kimi bitkilər də yer alır: “Xammal kimi satılan bu bitkilərlə yanaşı, əlavə dəyəri daha yüksək olan uçucu yağlar, saqqız kimi hazır məhsulların satışı ilə bu məhsulların illik xarici ticarət həcmi 100 milyon dollardan artıqdır. Xüsusilə hazır məhsulların xarici ticarətdəki nisbətinin artımı ticarət həcminin yaxın gələcəkdə milyard dollara çatması realdır.
Ölkəmizdə hazırda iqlim və torpaq xüsusiyyətlərinə görə bitkilərin təbii yayılma sahələri yerləşir. Ancaq son illərdə iqtisadi mənada dəyər qazanan və bazar tələbləri artan bəzi bitki növləri öz təbii yayılma sahələri xaricində da istehsal olunmağa başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən alternativ məhsul əhatəsinə alınan tibbi və aromatik bitkilərin ilk mərhələdə xüsusilə tütün əkini sahələrində istehsalının təşviq edilməsi ilə ölkəmizdə kəklikotu istehsalında uğurlu nəticələr alınıb”.
Qeyd edək ki, bu gün ölkəmizdə tərəvəz ixracı 68 faiz, o cümlədən pomidor 60 faiz artıb. Qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Cari ilin səkkiz ayında bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıb. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz olub.
Göründüyü kimi, bu gün qonşu Türkiyədə yabanı halda bitən bitkilərin ixracından yüksək məbləğdə gəlir əldə edir. Ölkəmizdə bu bitkilər kifayət qədər yetişir və istehsalını daha da artırmaq mümkündür. Həmin məhsulların ixracını təmin etməklə yüksək gəlir əldə edə bilərik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
25.09.2018
Prezident “ADEX-2018” Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info