Pan Avropa Universitetinin professoru UNEC-də
Tarix: 13.11.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Slovakiyanın Pan Avropa Universitetinin (Pan-European University) professoru Antonin Koraus “Erasmus+” mübadilə proqramı çərçivəsində UNEC-də səfərdədir. UNEC-in Beynəxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımovla professor A.Korausun görüşündə mövcud və gələcək əməkdaşlıq üzrə danışıqlar aparılıb, birgə layihə və proqramların işlənib hazırlanması, UNEC müəllimləri ilə birgə elmi tədqiqatlar aparmaq müzakirə olunub. UNEC-in infrastruktur və tədris prosesinin təşkili ilə tanış olan qonaq məmnun qaldığını bildirərək, birgə əməkdaşlıq üçün bir çox inkişaf perspektivlərinin olduğunu qeyd edib. Beş gün davam edən səfər çərçivəsində professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında “Maliyyə sektorunda təhlükəsizlik və saxtakarlıq” və “V4-də (Visegrad Group - Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) maliyyə strategiyası və marketinqi” mövzularında mühazirə oxuyub. Professor çıxışında beynəlxalq bankçılığın müqayisəli perspektivinə və dolayısı ilə ikitərəfli müxtəlif konsepsiyasına xüsusi diqqət ayırıb. Sonda auditoriyanın fikrini dinləyən professor A.Koraus UNEC tələbələrinin bilik və bacarığını yüksək qiymətləndirib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info