Gürcüstan hökumətində kadr və struktur dəyişikliyi: prezident postuna namizəd kim olacaq?
Tarix: 14.11.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Ekspertlər hesab edir ki, hakim partiya hazırkı situasiyanı qorumaq üçün Marqvelaşvilinin namizədliyini yenidən dəstəkləyə bilər

Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri olunub. Bir neçə nazirlik başqa nazirliklərə birləşdirilib. Bu haqda dünən keçirdiyi brifinqdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili məlumat verib. Ölkədə həyata keçirilən islahatlarla əlaqədar danışan Kvirikaşvili bildirib ki, Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdirilib. Ölkənin təbii ehtiyatlarının idarə olunması da bu nazirliyə həvalə olunacaq.

İqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Dmitri Kumsişvili təyin olunub və o, Baş nazirin birinci müavini statusunu saxlamaqla iqtisadi komandaya rəhbərlik edəcək. Ətraf Mühitin Mühafizəsi Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilir və Levan Davitaşvili bu nazirliyə rəhbərlik edəcək. Baş nazirin sözlərinə görə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliklərinin birləşdirilməsi təcrübəsi İspaniya, Avstriya, Niderland kimi ölkələrdə mövcuddur. Bu birlik hər iki istiqamətdə inkişafı təmin edəcək. Bu arada D.Kumsişvilidən sonra boş qalmış maliyyə naziri vəzifəsinə isə Gürcüstan Dəmir Yolları SC-nin sədri Mamuka Baxtadze təyin olunub. İdman və Gənclər Nazirliyi ləğv olunub, onun gənclərlə bağlı funksiyalarını Elm və Təhsil Nazirliyi həyata keçirəcək. Bu nazirliyə Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeli təyin olunub. Hazırkı iqtisadiyyat naziri Qeorqi Qaxariya isə Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək. Baş nazir onun bu vəzifənin öhdəsindən gələcəyinə inandığını bildirib. Sabiq daxili işlər naziri Qeorqi Mqebrişvili isə Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəhbəri olacaq. Bu struktur birbaşa Baş nazirə tabe olacaq. Avropa və Avroatlantik strukturla İnteqrasiya məsələləri üzrə Dövlət Nazirliyi isə Xarici İşlər Nazirliyinin tərkibinə keçib. Bu qurumda nazir vəzifəsini hazırkı nazir Mixeil Canalidze icra edəcək. Baş nazir bildirib ki, Gənclər və İdman Nazirliyinin ləğvindən sonra idman məsələlərini ölkənin Mədəniyyət Nazirliyi həyata keçirəcək. Mixail Qeorqadze mədəniyyət naziri vəzifəsində qalacaq. Hökumətdəki kadr və struktur dəyişiklikləri ilə bağlı layihə bu həftə parlamentə təqdim olunacaq. Baş nazir Giorgi Kvirikaşvili onu da bildirib ki, islahatlar prokurorluq və digər hüquq mühafizə orqanlarında da aparılacaq. Ekspertlər hesab edir ki, Gürcüstanda hakim komanda daxilində aparılan bu islahatlar növbəti seçkilərə hazırlıq məqsədi daşıyır. Qeyd edilir ki, prezident seçkilərinə bir il vaxt qalmasına baxmayaraq hakim “Gürcü arzusu” partiyası bəzi islahatlar aparmağa və prezident postuna yeni namizəd axtarmağa başlayıb. Parlamentdə komitə sədri olan İrakli Kobaxidze bildirib ki, hakim komandanın prezident postuna öz namizədi olacaq və həmin namizəd partiya maraqlarının fövqündə dayanacaq. O, bildirib ki, namizəd hakim partiyanın üzvü ola bilər, amma həmin şəxs namizədliyi elan olunandan andan neytral olmalıdır. Bu açıqlamalar onu göstərir ki, hazırkı dövlət başçısı Marqvelaşvili hakim “Gürcü arzusu”nu təmin etmir. Amma bu o demək deyil ki, Marqvelaşvili prezident postunu tərk edəcək. Onun səlahiyyət müddəti gələn ilin payızında başa çatır. Amma o, dövlət başçısı postuna bir dəfə seçildiyindən, növbəti müddət üçü də namizədliyini vermək hüququna malikdir. 2013-cü ildə keçirilən seçkilər vaxtı “Gürcü arzusu”nun lideri olan İvanişvili Marqvelaşvili haqqında təriflər yağırdımşıdı ki, bu da onun seçilməsində böyük rol oynamışdı. Amma onun seçilməsindən bir neçə ay sonra İvanişvili etiraf etdi ki, “indiyə qədər heç vaxt Marqvelavşilidə olduğu qədər səhv etməyib”. Onun dövlət başçısı postuna yiyələnməsindən sonra İvanşvilinin partiyası ilə Saakaşvilinin partiyası arasında tarazlığı qoruması hakim partiyanın narazılığına səbəb oldu və “Gürcü arzusu” onu satqınlıqda ittiham etdi. Marqvelavşilinin ilk böyük konflikti baş nazir İrakli Qaribaşvili ilə oldu. Sonda baş nazir istefaya getdi. İndi Qaribaşvilinin dövlət başçısı postuna namizəd olacağı gözlənilir. Digər mümkün namizəd kimi səhiyyə naziri David Sergeenkonun adı çəkilir. Ekspertlər hesab edir ki, hakim partiya hazırkı situasiyanı qorumaq üçün Marqvelaşvilinin namizədliyini yenidən dəstəkləyə bilər. Marqevlaşvili dəfələrlə bildirib ki, indiki baş nazirlə yola getmək rahatdır. Baş nazir Kvirikaşvilinin dilindən də prezidentin ünvanına tənqid səslənməyib. Bütün halda parlamentdə üstünlüyə malik olan “Gürcü arzusu” mövqelərini daha da möhkəmləndirmək üçün seçkidə öz namizəd ilə çıxış edəcək. Hakim partiya kimin namizədliyini irəli sürsə, seçkinin favoriti də o olacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info