İnnovasiya əsaslı sənaye inkişaf etdirilir
Tarix: 14.11.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Sənayeləşmə siyasətinə uyğun olaraq regional inkişafı təmin etmək baxımından sənaye parkları və məhəllələri yaradılıb

“İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib


İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “İqtisadi artımda innovasiyaların rolunun alternativ qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun və Dövlət-Özəl Sektor Əməkdaşlıq Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir dövrdə innovasiyaların iqtisadi inkişafda rolu və onun təsirinin qiymətləndirilməsinin sahə mütəxəssisləri arasında müzakirəsinın, yeni çağırışlar və meyillərin qiymətləndirilməsində alternativ ölçmə üsullarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, müasir dövrdə yeni texnologiyaların transferi iqtisadiyyatın strukturunun yenilənməsi, əlavə dəyəri yüksək olan rəqabətqabiliyyətli müasir sənaye məhsulları və innovasiya əsaslı sənaye subyektlərinin formalaşmasını şərtləndirib. Bu proseslər dövlət dəstəyinin rolunun artması fonunda elmi tədqiqatlar, universitet və sənaye işbirliyinin formalaşmasının təsiri nəticəsində yeni innovativ sahibkarlığın formalaşmasını təmin edib. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, innovasiya əsaslı sənayenin inkişafı istiqamətində ciddi addımlar atılıb, regional inkişafı təmin etmək baxımından sənaye parkları və məhəllələri yaradılıb və mühüm sənədlər qəbul edilib. Dövlət başçının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ilə qədər olan dövrdə innovativ inkişafın istiqamətərini müəyyən edib. İnnovativ sənayenin inkişafına diqqətin nəticəsi olaraq 2014-cü il “Sənaye ili” elan edilib və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə innovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi əsas strateji hədəflərdən biridir. Bu istiqamətdə kiçik və orta sahibkarlıq subyektlərində innovativ təşəbbüslərin formalaşmasında və reallaşmasında elmi müzakirələrinin təşkili xüsusi önəm kəsb edir.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda aparılan innovativ sənayeləşmə siyasəti fonunda Konfransın əhəmiyyətini qeyd edib, İnstitutun Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutu ilə 10 ilə yaxın müddətdə birgə gördüyü işlər barədə məlumat verib, bu sahədə professor Saylau Bayzakovun töhvəsini vurğulayıb, onu Konfrans iştirakçıları adından 80 illik yubileyi münasibətilə təbrik edib. Tədbirdə Qazaxıstanın “İqtisadi Tədqiqatlar İnstitutu” ASC-nin nümayəndəsi Sara Alpısbayeva Azərbaycan və Qazaxıstan elmi tədqiqat institutlarının səmərəli əməkdaşlıq etdiyini və əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli ölkəmizdə innovasiyaların sənayenin inkişafında önəmli rol oynadığını qeyd edib, universitet-sənaye işbirliyinin formalaşmasının və kadr hazırlığının əhəmiyyətindən danışıb.
Plenar sessiyada Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutunun Analitik Tədqiqat və Proqnozlaşdırma Mərkəzinin direktoru Sara Alpısbayeva Qazaxıstanda enerji bazarının qlobal qeyri-müəyyənlik şəraitində uzunmüddətli inkişaf məqsədləri, Qazaxıstanın Dövlət-özəl sektor Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Azamat Nurseyitov dövlət və biznesin qeyri-mütənasib inkişafı: idarəetmə üçün yeni çağırışlar, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova intellektual təhlil üsulları və modellərinin tətbiqi, İnstitutun Baş elmi işçisi Malik Mehdiyev dəyər və indekslər nəzəriyyəsi arasındakı ziddiyyət və onun iqtisadi artımın statistik qiymətləndirilməsində yaratdığı problem mövzularında təqdimatlarla çıxış ediblər. Tədbir öz işini seksiyalarda elmi məruzələrin dinlənilməsi ilə davam etdirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info