DİM: Dövlət orqanları tərəfindən müsabiqəyə 990 vakant vəzifə təqdim olunub
Tarix: 14.11.2017 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabrda inzibati rəhbər vəzifələr olan AA, AB və AC, 17 dekabrda isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək. Bu barədə DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında bildirib. O deyib ki, test imtahanlarına qeydiyyat 7 noyabrda başlanıb: “Qeydiyyat AA, AB və AC vəzifə qrupları üzrə 17 noyabrda, BA və BB vəzifə qrupları üzrə isə 6 dekabrda başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və Mərkəzin internet portalında yerləşdirilib”.
V. Misirov qeyd edib ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub: “Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 504 vakant vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 113 vakant vəzifə və Dövlət Statistika Komitəsi tərəfindən 122 vakant vəzifə müsabiqəyə təqdim edilib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info