Rusiyada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı ifşa edilib
Tarix: 14.05.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Rusiya əks-kəşfiyyatı ABŞ-ın Moskvadakı səfirliyinin 3-cü katibi adı altında fəaliyyət göstərən Amerika casusunu ifşa edib. “RİA Novosti”nin məlumatına görə, bunu jurnalistlərə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən deyiblər.
Açıqlamada bildirilib ki, mayın 13-dən 14-nə keçən gecə Rusiya xüsusi xidmət orqanlarından birinin nümayəndəsini əməkdaşlığa cəlb etməyə cəhd göstərən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsində 3-cü katib adı altında fəaliyyət göstərən Foql Rayan Kristofer saxlanılıb. Kristoferin üzərində xüsusi texniki vasitələr, əməkdaşlığa cəlb olunan Rusiya vətəndaşı üçün yazılı təlimatlar, iri məbləğdə pul və xarici görünüşü dəyişmək üçün vasitələr aşkarlanıb. Saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin qəbul bölməsinə aparılıb və müvafiq prosedurlar həyata keçirildikdən sonra ABŞ səfirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info