“Pakistan vətəndaşları üçün viza rejimi sadələşdirilib və qarşılıqlı investisiya üçün imkanlar artıb”
Tarix: 14.11.2017 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin “Waqt TV” kanalının “Səfirlik yolu” proqramına müsahibə verib.
Səfir Azərbaycan-Pakistan münasibətlərinin inkişafı, hər iki ölkə rəhbərliyinin diqqəti nəticəsində əməkdaşlığın daha da şaxələndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye sahələri və texnoloji parkların fəaliyyəti haqqında məlumat verən səfir Azərbaycanla Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ticarət-iqtisadi, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini söyləyib. O, 2017-ci ildə ticari-iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qrupun yaradıldığını, viza rejiminin Pakistan vətəndaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında məlumat verən səfir Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması üçün dünya ictimaiyyətinin təcavüzkar Ermənistana təzyiq göstərməsinin və ciddi sanksiyalar qəbul etməsinin vacibliyini bildirib.
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı məlumat verən səfir İslam dininin sülh və əmin-amanlıq dini olduğunun dünya ictimaiyyətinə bir daha çatdırılması, İslam ölkələri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi üçün Azərbaycanda, eləcə də ölkəmizin təşkilatçılığı ilə digər xarici ölkələrdə müxtəlif tədbirlərin təşkil olunması və layihələrin icra edilməsi, 54 ölkənin iştirakı ilə İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi barədə məlumat verib.
Səfir, həmçinin aparıcının ikitərəfli əlaqələrə və regional məsələlərə dair digər suallarına cavab verib, bu ilin sonuna kimi Azərbaycanla Pakistan arasında bir sıra qarşılıqlı səfərlərin baş tutacağını və layihələrin icra ediləcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info