Müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb
Tarix: 14.11.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134-ü keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
BŞTİ-dən bildiriblər ki, keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.
Qeyd edək ki, noyabrın 3-4-də keçirilmiş test imtahanında direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılanlar 40 sualdan ibarət test tapşırığını bir saat, kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info